Tərtərdə konservləşdirmə və quru meyvə istehsalı müəssisələri tələb olunur
Sahibkar: Meyvənin zay olmasının qarşısının alınmasının ən optimal yolları bölgədə konservləşdirmə və quru meyvə istehsalı müəssisələrinin açılmasıdırTərtərin Xoruzlu kəndində fəaliyyət göstərən “Aqropat” MMC nümunəvi bizneslərdən biridir.
“Aqropat” MMC-nin gənc direktoru Elçin Maqsudov bildirib ki, Cəmiyyət 2017-ci ildən fəaliyyətə başlayıb və fəaliyyətini özünəməxsus və icarəyə götürdüyü torpaqlarda davam etdirir. Hazırda 234 hektar sahədə şaftalı, badam, nektar, ərik, alça, armud, yastı şaftalı, bir neçə sort gilas və xurma ağaclarından ibarət olan bağa yüksək aqrotexniki qulluq göstərilir. Mövcud meyvə bağlarının 200 hektar sahəsi bar verir. Ağaclar cavan olduğuna görə məhsuldarlıq planlaşdırılmış tam həcmdə deyil. Ötən təsərrüfat ilində 134 hektar sahədə yeni bağlar salınmışdır. 2020-ci ildə təsərrüfat 1500 tona yaxın ekoloji təmiz meyvə əldə etmişdir. Növbəti illərdə məhsuldarlığın daha çox olacaq. Çünki ağaclar böyüdükcə məhsuldarlıq daha da artır.
Bununla yanaşı, “Aqropat” MMC cari ilin məhsulu üçün 111 hektar sahədə taxıl yetişdirmişdir, hazırda taxıl biçininin qızğın çağıdır. İlkin nəticələr ürəkaçandır. Hər hektardan 50 sentnerə yaxın məhsul əldə olunur.
Taxıl biçinindən sonra 50 hektar sahədə təkrar günəbaxan əkiləcəkdir. Hazırda 223 hektar sahədə günəbaxan becərilir. Mütəxəssislər bu sahədə yüksək məhsuldarlığın olacağını proqnozlaşdırırlar.
Elçin Maqsudov bir məqamı xüsusilə vurğulayaraq bildirdi ki, ötən ildən fərqli olaraq, cari ildə suvarma suyu ilə bağlı vəziyyət regionun bütün əhalisi kimi onları da hədsiz sevindirir. Torpaqlarımız, o cümlədən bölgə üçün böyük əhəmiyyəti olan Suqovuşan su anbarının işğaldan azad olunması ilə bölgəyə yeni bir həyat bəxş olundu. İndi bu bölgədə suvarma suyu ilə təminat daimidir. Olduqca böyük problem - suvarma suyunun çatışmazlığı nəhayət ki, keçmişdə qalıb. Ötən ilin müvafiq dövründə müəssisə böyük bir çətinliklə üzləşmişdi. Belə ki, susuzluqdan ağaclar quruma təhlükəsi ilə üzləşmişdi, lakin daxili imkanlar hesabına problem həll olundu. Müəssisəyə məxsus 3 ədəd suvarma hovuzu və 3 ədəd subartezian quyusu mövcuddur. Keçən ildən fərqli olaraq, indi hovuzlarda ehtiyat suyun səviyyəsi yetərincədir. Cəmiyyət kənd təsərrüfatı və digər texnikalarla təmin olunub. Ağacların suvarılması mütərəqqi üsul olan damcılama yolu ilə həyata keçirilir. Bağlarda texnikanın sərbəst hərəkət etməsi üçün eni 10 metr olan ağaclararası yollar çəkilib.
“Aqropat” MMC-də hazırda 90 nəfər daimi, 200 nəfər isə mövsümi işlə təmin olunmuşdur.
Yuxarıda qeyd etdiyimiz kimi, bağlarda aparılmış düzgün aqrotexniki qulluq nəticəsində yüksək məhsuldarlıq əldə olunur. Əldə olunan meyvələr genetik modifikasiyaya məruz qalmamış, əsl ixracyönümlü məhsullardır. Məlumdur ki, təzə meyvənin uzun müddət saxlanılması qeyri-mümkündür. Bu baxımdan direktor təklif irəli sürərək bildirib ki, meyvənin zay olmasının qarşısının alınmasının ən optimal yolları bölgədə konservləşdirmə və quru meyvə istehsalı müəssisələrinin açılmasıdır. Bundan yalnız “Aqropat” MMC deyil, həm də bütün region əhalisi yararlanar. Ümid etmək olar ki, atılacaq addım bölgədə məşğulluğun təmin olunmasında da töhfəsini verəcəkdir.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
24 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
4 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
5 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb




















