Azərbaycan iqtisadiyyatında artım sürətlənib
Azərbaycan iqtisadiyyatında artımın sürəti 0,8%-dən 2,1%-ə yüksəlib.2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 39 milyard 915,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatı 0,8 faiz artmışdı.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,1 faiz artmışdır.
ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 3987,6 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-iyun aylarında 23,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 3,2 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,6 faiz artmışdır.
Sənaye məhsulunun 62,6 faizi mədənçıxarma sektorunda, 31,3 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,8 faiz artmışdır.
2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5,6 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,4 faiz, bitkiçilik məhsulları istehsalı 8,9 faiz artmışdır
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2021- ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 11 milyard 755 milyon manat vəsait daxil olmuş, büdcədən 11 milyard 590,5 milyon manat vəsait xərclənmişdir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 9 d. əvvəl
-
- 28 d. əvvəl
-
49 d. əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
54 d. əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
1 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb























