Mançester Sitinin sahibi 650 milyon dollar borc alıb - ƏN İRİ BORC
Nyu-Yorkda stadion, İngiltərədə müxtəlif obyektlər...Futbol üzrə İngiltərə Premyer Liqasının çempionu Mançester Siti klubunun sahibi, Abu-Dabi şeyxlərinə məxsus City Football Group (CFG) iri həcmdə borclanıb.
Marja Financial Times-a istinadla Barclays və HSBC banklarının köməyi ilə 2028-ci ilədək geri qaytarılmaq şərtilə 650 milyon dollar borc götürülüb.
Bu, indiyə qədər futbol klubları və onların sahiblərinin götürdüyü ən iri borclardan biridir. 2019-cu ildə Tottenham Hotspur yeni stadion tikmək üçün bir sıra banklardan 637 milyon funt (881 milyon dollar) borc alıb. Bu ilin iyununda isə Goldman Sachs bankı Barselonaya 525 milyon avro (620 milyon dollar) kredit verib.
CFG götürdüyü borc vəsaitlərini ABŞ-da Nyu-York Siti klubu üçün stadionun inşasına və İngiltərədə bir sıra infrastruktur obyektlərinə sərf edəcək. Həmçinin, pandemiyaya görə dəyən ziyanın bir hissəsi də bu vəsaitdən qarşılanacaq.
Xatırladaq ki, ötən il CFG 205 milyon funt, Mançester Siti isə 126 milyon funt xalis zərər edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 d. əvvəl
- 43 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib



















