Azercell media nümayəndələrini təbrik edir
Lider mobil operatordan Mediacell abunəçilərinə 5GB hədiyyə(®️) Təməli 22 iyul 1875-ci il Həsən bəy Zərdabinin ana dilində "Əkinçi" qəzetini nəşr etdirməsi ilə qoyulan Azərbaycan mətbuatı bu gün 146 illiyini qeyd edir. Müasir qloballaşma, informasiya-kommunikasiya texnologiyalarının inkişafı dövründə azad və müstəqil kütləvi informasiya vasitələrinin mövcudluğu cəmiyyət həyatında əhəmiyyətli təsirə malikdir.
Ötən il Azərbaycan üçün taleyüklü bir dövrdə - 44 günlük İkinci Qarabağ müharibəsi zamanı yeni tarixin canlı şahidi olub qələmi ilə vuruşan, cəbhə bölgələrindən yorulmadan həqiqətləri ictimaiyyətə çatdıran və zəfər müjdəsini verən media nümayəndələrinin əməyi əvəzsiz olub.
Ölkənin lider mobil operatoru “Azercell Telecom” MMC ənənəvi olaraq media nümayəndələrinin peşə bayramına özəl hədiyyə hazırlayıb. 22-23 iyul müddətində bütün Mediacell tarifinin istifadəçiləri 1875 açar sözünü 2723 qısa nömrəsinə göndərməklə Azercell-dən hədiyyə qismində 5GB həcmində mobil internet paketi əldə edə bilər. (Ətraflı: https://www.azercell.com/az/personal/campaigns/special-offers/national-press-and-journalism-day-campaign-2021.html).
Qeyd edək ki, Milli Mətbuat və Jurnalistika Günündə Azercell şirkətinin nümayəndələri işğaldan azad edilmiş ərazilərdə vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan Məhərrəm İbrahimov və Sirac Abışovun ailələri ilə görüşüb, onların əziz xatirəsini dərin hüznlə yad ediblər.
“Azercell Telekom” MMC Azərbaycan milli mətbuatının əməyini yüksək qiymətləndirir və fəaliyyətini daima diqqət mərkəzində saxlayır!
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 8 d. əvvəl
- 49 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı















.jpg)







