“Günay Bank” mənfəətlə işləyib
Azərbaycanın qocaman bankı “Günay Bank” ASC 2021-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 626 min 390 manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə cüzi çoxdur. “Günay Bank” 2020-ci ilin birinci yarısını 617 min 500 manat xalis mənfəət ilə bağlamışdı.
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-iyun dövründə "Günay Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 10 milyon 902 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 9 milyon 194 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 708 min manat təşkil edib. "Günay Bank" əməliyyat mənfəətindən 1 milyon 82 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırdığından ilk 6 ayı 626 min manat xalis mənfəət ilə bağlayıb.
Qeyd edək ki, 2020-ci ilin 1-ci yarısında "Günay Bank"ın cəmi əməliyyat gəlirləri 10 milyon 742 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 226 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 516 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən ehtiyat fonduna 1 milyon 899 min manat ayırdığından həmin dövrü 617 min manat xalis mənfəət ilə başa vurmuşdu.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin ilk 6 ayı ərzində "Günay Bank"ın cəmi aktivləri 14 milyon 402 min manat və ya 5,9% artaraq 259 milyon 445 min manata, o cümlədən müştərilərə verilmiş kreditlər 6 milyon 222 min manat və ya 3,3% artaraq 197 milyon 87 min manata çatıb.
2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin ilk 6 ayı ərzində "Günay Bank"ın biznes kreditləri portfeli 1 milyon 908 min manat artaraq 128 milyon 135 min manata, istehlak kreditləri portfeli 112 min manat artaraq 2 milyon 312 min manata, daşınmaz əmlak kreditləri portfeli isə 4 milyon 202 min manat artaraq 66 milyon 639 min manata yüksəlib.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
2021-ci ilin 6 ayı ərzində "Günay Bank"da depozitlər 19 milyon 414 min manat artaraq 30 İyun 2021-ci il tarixində 113 milyon 903 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 22 milyon 370 min manat artaraq 91 milyon 258 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 2 milyon 956 min manat azalaraq 22 milyon 644 min manata geriləyib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2021-ci il tarixində "Günay Bank" 65 milyon 499 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 64 milyon 847 min manat məcmu kapitala malik idi.
XXX
“Günay Bank” ASC 2021-ci ilin 6 aylıq nəticələrini açıqlayıb.
Bankdan Marja-ya verilən məlumata görə, göstəricilər “Günay Bank”ın müsbət tendensiyanın davamlı olduğunuəks etdirir.
Belə ki, hesabat dövrü üzrə Bank 626,4 min manat mənfəət əldə edib, ilin əvvəlinə nisbətən ümimi aktivləri 14 milyon 402,1 min manat artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
20 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
23 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
23 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq





















