Tələbə krediti ilə bağlı tələb və güzəştlər məlum oldu
Təhsil tələbə kreditinin (TTK) verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər məlum olub.
Marja xəbər verir ki, Təhsil Tələbə Krediti Fondu vəsaiti hesabına verilən TTK üzrə tələblər aşağıdakılardır:
TTK-nin tədrisə tam cəlb olunaraq (fulltime) təhsil müəssisələrində əyani təhsil alan tələbələrə və təhsilin normativ müddətində hər tədris semestri (yarımil) üçün veriləcək. kreditin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borc olmamalıdır. Kredit üçün girov və zaminlik tələb olunmayacaq.
Bundan başqa, kredit üzrə əsas borcun və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) qaytarılacaq. Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmayacaq və qaytarılması tələb edilməyəcək. Borcalanın ölümü, əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarından kreditin həcmindən az olmamaq şərtilə sığortalanacaq.
Kreditlər Azərbaycan vətəndaşlarına manatla veriləcək.
Sosial kreditlər isə bir sıra güzəştlərlə tətbiq olunacaq. Belə ki, ÜOMG-si 71 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunacaq.
Standart kreditlər üçün də müəyyən güzəştlər tətbiq ediləcək. ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunacaq.
Təhsil tələbə krediti almaq üçün müraciət etmək qaydası açıqlanıb
Təhsil tələbə kreditinin (TTK) verilməsi üçün müraciət edilməsi və sənədləşmə
- TTK-nin verilməsinə dair məsələlərin tənzimlənməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” alt sistemi (bundan sonra - elektron sistem) vasitəsilə həyata keçirilir.
- TTK almaq istəyən tələbə, onun valideynləri, övladlığa götürənləri və ya himayəçisi notariat qaydasında təsdiq edilmiş ərizə ilə aşağıdakı razılıqları verməlidirlər:
- valideynlər, övladlığa götürənlər və ya himayəçi - 18 yaşınadək olan yetkinlik yaşına çatmayan tələbənin kredit müqaviləsi bağlamasına (tələbənin 18 və daha çox yaşı varsa bu tələb olunmur);
- tələbə - ona aid gəlirlərin, xərclərin, əmlakların və digər zəruri fərdi məlumatların kredit müqaviləsinin qüvvədə olduğu müddətdə aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən Fondun və müvəkkil bankın sorğusu əsasında ona (onlara) təqdim edilməsinə və muzdla və ya mülki-hüquqi xarakterli müqavilələrlə işlədikdə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda alacağı əməkhaqqından və ya əldə edəcəyi gəlirdən TTK-nin qaytarılması məqsədilə müvəkkil bankın xeyrinə tutulmaların (gəlirin 20 faizindən çox olmamaq şərtilə) edilməsinə.
- Bu Qaydanın 5.2-ci bəndinə müvafiq olaraq notariat qaydasında təsdiq olunmuş ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən sorğu əsasında elektron sistemə göndərilir. Bu razılıq başqa məqsədlərə və ya digər kreditin qaytarılmasında istifadə edilə bilməz. Razılıq kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün verilir.
- Bu Qaydanın 5.2-ci bəndinə müvafiq olaraq razılığı rəsmiləşdirilmiş tələbə elektron sistemdə qeydiyyatdan keçir və ona elektron sistemdə “Şəxsi kabinet” açılır, kabinetin şifrəsi onun əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Tələbə “Şəxsi kabinet”i vasitəsilə TTK-nin rəsmiləşdirilməsi üçün tələb olunan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.
- TTK almaq hüququ elektron sistem vasitəsilə müəyyən edilir.
- TTK almaq hüququ olmayan tələbəyə “Şəxsi kabinet” vasitəsilə bu barədə göndərilən məlumatda imtinanın səbəbləri əsaslandırılır.
- TTK-nin verilməsindən imtina edilmiş şəxsin TTK almaq üçün növbəti semestrdə (yarımildə) təkrar müraciət etmək hüququ var.
- TTK almaq hüququ olan tələbəyə müvafiq müvəkkil banka müraciət olunması barədə bildiriş göndərilir.
- TTK Fondun vəsaiti hesabına bu Qayda ilə müəyyən edilmiş tələbələrə müvəkkil bank tərəfindən verilir.
- Fondla baş saziş imzalamış və elektron sistemə çıxış imkanları olan müvəkkil bank TTK almaq hüququ olan şəxslər barədə məlumatı bu sistem vasitəsilə elektron qaydada əldə edir.
- TTK-nin alınması üçün borcalan müvəkkil banka aşağıdakı sənədləri təqdim etməlidir:
əvvəlki tədris semestri üçün ÜOMG-yə (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə üzrə göstəriciyə) dair təhsil müəssisəsinin arayışı;
təhsil haqqının məbləği barədə təhsil müəssisəsinin arayışı;
standart TTK üçün illik təhsil haqqının ən azı 20 faizi məbləğində ödənişin edilməsi barədə təsdiqedici sənəd.
- Bu Qaydanın 5.11-ci bəndində göstərilən sənədlərdəki məlumatlar müvəkkil bank tərəfindən elektron qaydada əldə edildiyi halda, qeyd edilən sənədlər kağız daşıyıcıda tələbədən tələb olunmur.
- Sənədlər kağız daşıyıcıda təqdim edildiyi təqdirdə, müvəkkil bankın məsul işçisi təqdim olunmuş sənədləri elə həmin gün elektron sistemə daxil edərək gücləndirilmiş elektron imza ilə təsdiqləyir.
- Müvəkkil bank elektron sistem vasitəsilə və ya kağız daşıyıcıda əldə etdiyi sənədləri nəzərdən keçirərək, 3 (üç) iş günü müddətində TTK almaq istəyən şəxs barədə TTK-nin verilməsinə dair qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün TTK almaq istəyən şəxsə bildirilməklə, tələbənin “Şəxsi kabinet”ində yerləşdirilir.
- Müvəkkil bank tərəfindən TTK-nin verilməsinə razılıq barədə qərar elektron sistemdə yerləşdirildiyi gündən 6 (altı) iş günü müddətində kredit müqaviləsi bağlanılır.
- Kredit müqaviləsində ən azı aşağıdakılar asan oxunan və aydın şəkildə göstərilir və elektron sistemə ötürülür:
kreditin təyinatı (təhsil haqqı);
kreditin şərtləri (kreditin məbləği, müddəti, faktiki illik faiz dərəcəsi, komisyon haqları (əgər nəzərdə tutulursa), müvəkkil bank tərəfindən tələb olunan digər ödənişlər);
kreditin gecikdirilmə şərtləri;
ödəniş cədvəli;
tərəflərin hüquq və vəzifələri;
vaxtından əvvəl ödənişlərin müvəkkil bank tərəfindən tələb edilməsi şərtləri;
kredit müddəti ərzində müqaviləyə əlavə və dəyişikliklərin edilməsi qaydası;
tərəflərin məsuliyyəti;
- mübahisələrin həlli qaydası.
- Müvəkkil bankla tələbə arasında çərçivə kredit müqaviləsi təhsilin normativ müddətində bir dəfə bağlanılır və kreditin məbləği təhsilin normativ müddətində hər tədris semestri (yarımil) üçün tələbənin müraciəti əsasında tranşlarla (hissələrlə) kredit almaq hüququ yarandığı halda müvəkkil bank tərəfindən təhsil müəssisəsinin müvafiq bank hesabına köçürülür.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
11 d. əvvəl
Azərbaycan sürücüsüz nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır - qanunlara dəyişiklik edilir
-
-
43 d. əvvəl
Əfsanəvi "Atletlər kəndi"ndə yeni dövr: "Olympic Residence" yaşayış kompleksi satışa çıxarılır!
-
1 saat əvvəl
Mənzil sahibi olmaq arzusu rəqəmsal şansın ümidinə qalanda...
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
“Ekolizinq”in xalis mənfəəti kəskin artıb
İsrail-Livan atəşkəsindən sonra neft ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"MİDA" şirkətinin gəlir və xərcləri açıqlanmır - Mənzil İnşaatı Dövlət Agentliyinin isə əməliyyat zərəri kəskin artıb
“ABB-İnvest” 2025-ci ili 2,35 milyon manat mənfəətlə başa vurub - Aktivləri 30 milyon manatı keçib, kapitalı 40% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
“ATL TECH” 2025-ci ili mənfəət ilə başa vurub
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək


















.jpg)

