Dünyanın ikinci ən böyük mədən şirkətindən rekord mənfəət - 12 milyarddan artıq
Bahalaşan metal qiymətləri artıma ciddi təkan verib...İngilis-Avstraliya transmilli hasilat şirkəti, istehsal həcminə və gəlirlərinə görə dünyanın ikinci ən böyük mədən qrupu olan Rio Tinto 2021-ci ilin 1-ci yarısının nəticələrini açıqlayıb.
Marja şirkətin təqdimatına istinadla xəbər verir ki, gəlirlər ötən ilin müvafiq dövrünə nisbətən 71% artaraq, 33,1 milyard dollara çatıb.
Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, metal qiymətlərinin, xüsusilə dəmir filizinin sürətlə bahalaşması gəlirlərin davamlı artmasına təkan verib. Şirkət hasil etdiyi dəmir filizinin hər tonunu orta hesabla 168 dollara (+97%), alüminiumun 1 tonunu 2626 dollara (42%) satıb.
Vergi, faiz, amortiyasiya xərcləri çıxılmadan öncəki gəlirlər (EBITDA) 120%-ə yaxın artaraq, 21 milyard dollar, xalis mənfəət isə rekord səviyyədə - 271% yüksələrək 12,3 milyard dollar təşkil edib. Bu nəticələr şirkətə öz səhmdarlarına 9,1 milyard dollar dividend ödəməyə imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
55 d. əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 5 saat əvvəl
-
5 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti

























