Özbəkistanın naziri “Azərbaycan” gəmi-bərəsində olub
Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov, eləcə də Qazaxıstanın bir sıra yüksək vəzifəli şəxsləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus RoPax tipli “Azərbaycan” gəmi-bərəsinə baş çəkiblər.
Onlar Qazaxıstanın Kurık limanında gəmi ilə yaxından tanış olublar.
Kapitan Ayaz Pirmuradov gəmi-bərənin imkanları və texniki göstəriciləri barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, unikal gəminin uzunluğu 154,50 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq qabiliyyətinə malikdir.
Qeyd edək ki, ASCO-nun RoPax tipli “Azərbaycan” gəmi-bərəsi bu il martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istismara verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
17 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 17 saat əvvəl
-
19 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























