Azərbaycana yeni avtomobil brendi gəlir
(®️) Almaniyanın Opel, Çinin Faw və Lifan markalarının Azərbaycanda yeganə və rəsmi distribyutoru “CAHAN Motors” daha bir markanı Azərbaycana gətirir. Bu Çinin yolsuzluq və pikap istehsalı sahəsində ixtisaslaşmış ZX AUTO markasıdır.
Bu barədə Marja-ya "Cahan Motors" şirkətinin satış departamentinin rəhbəri Fərhad Hüseynov məlumat verib.
Onun sözlərinə görə, ZX AUTO markası dünyanın 45 ölkəsində satılır. Zavodun illik istehsal gücü 100.000 ədəddir. Azərbaycan bazarı ZX AUTO-nun 46-cı satış nöqtəsi olacaq. Avqust ayından etibarən markanın 2 modeli “Grand Tiger” və “ Terralord” modelləri "Cahan Motor" salonunda satışda olacaqdır.
Fərhad Hüseynov, ZX AUTO markasının bütün modellərinin mühərrik istehsalında nəhəng koorporasiya olan “İSUZU” tərəfindən təchiz olunduğunu bildirdi. Həm Grand Tiger, həm də Terralord modelləri 2.5 litr həcmli İsuzu mühərriki ilə təchiz olunurlar.
Avtomobillərə 3 il və ya 100.000 km zavod zəmanəti təqdim olunur.
Xatırladaq ki, "Cahan Motors"un Alman mütəxəsisləri tərəfindən qurulan servis və satış mərkəzləri Bakı ilə yanaşı Naxçıvan şəhərində də fəaliyyət göstərir.
Ətraflı məlumat üçün: (055) 258 55 45 nömrəsi xidmətinizdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"






















