Daha bir bank biznes üçün kart təklif edir
“Rabitəbank” ASC sahibkarlıq fəaliyyətilə məşğul olan müştərilərə yeni məhsulunu, BizKart-ı təqdim edir.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, artıq biznes fəaliyyətilə məşğul olan fiziki və hüquqi şəxslər BizKart-ın köməyilə şəxsi bizneslərini daha rahat şəkildə idarə edəcəklər. BizKart birbaşa sahibkar hesabına bağlı olduğundan o, sahibkarlara öz hesablaşma hesabı üzrə plastik kartların üstünlüklərindən faydalanmaq imkanı yaradır.
Rabitəbank-ın AZN/USD/EUR valyutalarında BizKart-na sahib olan zaman sahibkarlar aşağıdakı üstünlükləri qazanırlar:
-Pulsuz Mobil Bankçılıq;
-0,5% nağdlaşdırma imkanı;
-Verginin avtomatik ödənilməsi;
-Hesab qalığının Mobil/İnternet Bankçılıq vasitəsi ilə izlənməsi imkanı;
-Avtomat Elektron Çıxarış vasitəsi ilə hesab üzrə keçirilmiş əməliyyatlara nəzarət edilməsi imkanı;
-Onlayn ödənişlərin həyata keçirilməsi imkanı;
-24 saat banka gəlmədən hesabdan istifdə etmək imkanı;
Artıq sahibkarlıq fəaliyyəti və idarəçiliyi daha rahat şəkildə həyata keçirə bilmək üçün Rabitəbank-ın yeni BizKart-ının üstünlüklərindən faydalanmaq olar!
Qeyd edək ki, 1993-cü ildə yaradılan Rabitəbank ASC qısa zaman ərzində fəaliyyət istiqamətini genişləndirərək ölkənin iri bankları arasında öz mövqeyini qoruyub saxlamağa nail olub. Bu gün Bank 22 filial və 1 şöbədən ibarət geniş filial şəbəkəsilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 15 regionunda müştərilərinə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
25 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
34 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib





.jpg)






.jpg)








