Türkiyənin turizm sektoru da "yanır" - Hər 5 rezervasiyadan biri ləğv edildi
Türkiyənin Egey və Aralıq dənizi bölgəsində meşə yanğınları davam edəir. Marja xəbər verir ki, yanğınlar ilə əlaqədar olaraq bölgənin turizm sektoru həm yanğınlar, həm də rezervasiyaların ləğvi ilə mübarizə aparır. Sektor nümayəndələri rezervasiya ləğvlərinin 20%-ə çatdığını söyləyirlər.
Marja xəbər verir ki, turizm rezervasiyalarının ləğvi bölgə iqtisadiyyatına mənfi təsir etməyə başlayıb.
Cənubi Egey Turistik Otelçilər və Administratorlar Birliyi (GETOB) sədri Bülent Bülbüloğlu, rezervasiyalarda 20%-ə çatan ləğvlər olduğunu bildirib.
Bülbüloğlu, "Satışlarda da azalma müşahidə edirik. Uzun dövr satışları dayanmış vəziyyətdədir. Tək xahişimiz, ölkəmizin ağciyəri adlandırılan meşələrimizdəki yanğınların sürətlə söndürülməsidir", - deyib.
Rusiya, Ukrayna və Polşadan gələn turist sayında ciddi bir sabitlik olduğunu ifadə edən Bülbüloğlu, "İngiltərədən gələcək qərarı gözləyirik. Oradan turist gəlməsi sektorumuzu sentyabr-oktyabr aylarında toparlayacaqdı. Hazırda üçün Rusiya, Ukrayna və Polşadan gələn turist sayında sabitlik yaşanır", bildirib.
"Pronto Tour" şirkətinin İdarə heyətinin sədir Ali Onar isə yerli turistin Şimal Egey və Qaradənizə yönəldiyini bildirib:
"Sektorumuz üşün çox kədərli bir vəziyyətdir. Satışlar azalıb. Yerli turistin Cənubi Egey və Qaradənizə üz tutduğunu görürük. İnsanların tətil etmək ehtiyacları davam edir. Yanğınların söndürülməsi halında həm rezervasiyaların, həm də satışların normala dönəcəyini düşünürəm".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
47 d. əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 5 saat əvvəl
-
5 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti

























