Çinlilərin boykotu, amerikanların sevgisi - Adidasdan maraqlı nəticələr
İkirəqəmli artım, inamlı mənfəət, nikbin proqnoz...İdman malları biznesində ən iri qlobal oyunçulardan olan Adidas ən yaxşı nəticələri Latın Amerikasında göstərib:+238%.
Marja şirkətin rəsmi açıqlamasına istinadla xəbər verir ki, bu ilin ikinci rübündə Çindən başqa bütün bazarlarda satışlar ən azı 60% artıb. Ümumi gəlirlər 5,08 milyard avro (6,01 milyard) dollar təşkil edib.
Adidas-ın Uyğur müsəlmanlarına qarşı represssiyaları pisləməsi və dəstək kampaniyasına qoşulması Çin hökumətini qıcıqlandırıb. Ölkə miqyasında elan edilən boykot ötən rüb elə ciddi nəticə verməsə də, ikinci rübdə Adidas mallarının satışını 16% azaldıb.
Buna baxmayaraq, Avropa, Orta Şərq və Afrikada (+98%), ABŞ-da (72%), Asiya-Sakit okean regionunda (58%) və Latın Amerikasında (238%) əldə olunan nəticələr şirkətə 397 milyon avro (470 milyon dollar) mənfəətə çıxmağa imkan verib. Xatırladaq ki, Adidas ötən il pandemiya nəticəsində ikinci rübü 295 milyon avro zərər etmişdi.
Şirkət cari il üzrə satışların ümumi həcminin 20%-dən çox artacağını, xalis mənfəətin 1,5 milyard avroya çatacağını proqnozlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
47 d. əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 5 saat əvvəl
-
5 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti



























