Azərbaycanın xarici və daxili dövlət borcları açıqlandı
2021-ci il 01 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 17 milyard 352 milyon manat və ya ÜDM-in 21,6 faizini təşkil etmişdir.01 iyul 2021-ci il tarixi vəziyyətinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə vaxtı çatmış və yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla birbaşa xarici dövlət borcu 7 milyard 839 milyon ABŞ dolları və ya Ümumi Daxili Məhsulun (ÜDM) 16,6 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 764,4 milyon ABŞ dolları və ya ÜDM-in 1,6 faizini təşkil etməklə, şərti öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 8 milyard 603,4 milyon ABŞ dolları və ya ÜDM-in 18,2 faizini təşkil etmişdir.
Marja xəbər verir ki, bu, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatda bildirilir.
Qeyd edilib ki, 01 iyul 2021-ci il tarixi vəziyyətinə 2021-ci ilin əvvəli ilə müqayisədə xarici dövlət borcunun mütləq ifadədə 218,1 milyon ABŞ dolları və ya 2,5 faiz endirilməsinə nail olunmuşdur. COVİD-19 pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatda müşahidə edilən canlanma meyilləri ÜDM-in artım trayektoriyasına qayıtmasını, habelə xarici dövlət borcunun ötən ilin sonuna artmış ÜDM nisbətinin cari ilin ilk 6 ayında azalmasını şərtləndirmişdir. Belə ki, xarici dövlət borcunun ÜDM-ə nisbəti 01 yanvar 2021-ci il ilə müqayisədə 20,7 faizdən 2,5 faiz bəndi azalaraq 18,2 faizə çatmışdır.
01 iyul 2021-ci il tarixinə birbaşa daxili dövlət borcu 2 milyard 495,2 milyon manat və ya ÜDM-in 3,1 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 231,1 milyon manat və ya ÜDM-in 0,3 faizini təşkil etməklə, şərti öhdəliklər nəzərə alınmaqla daxili dövlət borcu 2 milyard 726,3 milyon manat və ya ÜDM-in 3,4 faizini təşkil etmişdir.
Birbaşa daxili dövlət borcunun 2 milyard 488,3 milyon manatını (99,7 faiz) daxili maliyyə bazarında emissiya edilmiş dövlət istiqrazları, 6,9 milyon manatını (0,3 faiz) isə Mərkəzi Bankın xeyrinə 2003-cü ildə buraxılmış dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil etmişdir. 2021-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 784,0 milyon manat məbləğində artmışdır ki, bunun da əsas səbəbi daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının, dolayısı ilə maliyyə-bank sektorunun dəstəklənməsi, dövlət borcu üzrə qısa və orta müddətli gəlirlik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi olmuşdur. Bu siyasət çərçivəsində dövlət istiqrazlarının emissiyasının xalis artım həcminin cari ildə 1,3 milyard manata çatdırılması nəzərdə tutulmuşdur.
2021-ci il 01 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 17 milyard 352 milyon manat və ya ÜDM-in 21,6 faizini təşkil etmişdir. Məcmu dövlət borcunun 14 milyard 625,7 milyon manatı (8 milyard 603,4 milyon ABŞ dolları) və ya 84,3 faizi xarici dövlət borcunun, 2 milyard 726,3 milyon manatı və ya 15,7 faizi daxili dövlət borcunun payına düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
18 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
18 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
-
19 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























