"Müqavilə uzadılsa neft qiymətləri 50 dolların üzərində qalacaq"
Rusiya və Səudiyyə Ərəbistanı maliyyə vəziyyətlərini yaxşılaşdırmaq üçün daha yüksək neft qiymətlərinə ehtiyac duyurlar.
"Marja" xəbər verir ki, "Thomson Reuters"in Neft bazarlarının araşdırılması departamentinin analitiki Serkan Şahin, 25 Mayda Vyanada keçiriləcək iclasda, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan ölkələrin hasilatın azaldılması müqaviləsini ən azı 2017-ci ilin Noyabr ayına qədər uzadılmasını gözlədiklərini deyib.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Müqavilənin noyabr ayına qədər uzadılmasının bazar üzərində çox böyük təsir yaratmayacağını dilə gətirən Şahin, "Onsuz da bazar, neftə olan tələbatın artdığı ssenarisi baş vermədiyi müddətcə bu müqavilənin uzadılmasını gözləyir",- deyə bildirib.
Əsas məsələnin Çin və Hindistanın başçılıq etdiyi Asiya regionunda neft tələbinin OPEC-in gözlədiyi kimi artıb-artmadığı olduğuna işarə edən Şahin, belə deyib:
"Razılıq daha uzun müddətə əldə edilsə və tələb artsa, Brent neftinin barrel qiyməti orta hesabla 56,3 dollar ola bilər və il sonuna doğru da 60 dollar səviyyələrinə qalxa bilər".
"İlin ikinci yarısında müqaviləyə əməl etmək daha çətin olacaq"
İngiltərədəki Oxford Enerji Araşdırmaları İnstitutundan Ceyms Henderson hasilatın azaldılması məsələsində razılığa gəlməyin mümkün olduğunu, ancaq ilin ikinci yarısında bu müqavilənin həyata keçirilməsinin ilk yarıya nisbətən daha çətin olacağını bildirib.
"Məncə, qərara riayət edilməməsi riski ikinci yarıda daha çoxdur" - ifadələrini istifadə edib.
Henderson, OPEC-in müqaviləni uzatmaq qərarının neft qiymətlərini 50 dolların üzərində saxlayacağını, ancaq dramatik bir yüksəlişin də gözləməməsi lazım olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
-
4 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
15 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Ən çox oxunanlar
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb






.jpg)









.jpg)




