"İcbari sığortanın satşında da lazımi nəzarət mexanizmləri qurulmayıb"
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən görüləcək vacib işlərdən biri kimi icbari sığorta növlərinin satışı üzrə daha praktiki və rasional nəzarət mexanizmlərinin axtarılaraq tətbiq olunması məqsədəuyğundur.
Bu barədə "PAŞA Həyat Sığorta" ASC-nin maarifləndirmə şöbəsinin müdiri, Beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvü, Azərbaycan Bank Tədris Mərkəzinin eksperti Pərviz Quliyev "Risk" analitik-biznes jurnalındakı məqaləsində qeyd edib:
"Beynəlxalq Sığorta Forumunda tənzimləyici orqanın rəsmisi tərəfindən qeyd olunan bir fakt, yəni əmlakın icbari sığortası üzrə mövcud potensialının cəmi 25%-nin işlədiyi faktı onu deməyə əsas verir ki, icbari sığortanın satşında da lazımi nəzarət mexanizmləri qurulmayıb".
O qeyd edib ki, tənzimləyici tərəfindən bazarın inkişafı istiqamətində ciddi addımlar atılmalıdır: "Məsələn, əhalinin sığorta sahəsində kütləvi maarifləndirilməsi üçün televiziya kanallarının birində sığorta maarifləndirilməsi ilə bağlı proqramın yaradılması və daimi əsasda sığorta xidmətləri barədə geniş məlumatların verilməsi məqsədəuyğun olardı.Bununla yanaşı, müxtəlif icbari sığorta növlərinin layihələrinin hazırlanması və Milli Məclisə təqdim olunması, eyni zamanda həmin məhsullların tətbiqi sığorta bazarının gələcək inkişafı üçün təkan ola bilər".
Onun sözlərinə görə, sığorta şirkətləri maarifləndirmə istiqamətində fəaliyyəti genişləndirməli və bu istiqamətdə daimi əsasda görüləcək işləri aktivləşdirməlidir. Çünki bazarın inkişafı və sığorta mükafatlarının artımı ilk növbədə sığortaçıların marağındadır.
"Sığorta şirkətlərinin ilin sonunda növbəti il üçün görüləcək işlərin xərclər büdcəsini planlaşdırarkən, maarifləndirmə ilə bağlı tədbirlərin siyahısını illik plana daxil etməsi daha məqsədəuyğun olardı", - deyə P.Quliyev əlavə edib.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























