Bir vaxtlar 100 milyondan çox qazanan “Azfen” mənfəətə həsrət qalıb
SOCAR-ın Türkiyənin TEKFEN şirkətilə şərik olduğu “Azfen” Birgə Müəssisəsi artıq 100 milyon manatın üzərində xalis mənfəət əldə edə bilmir, şirkət ardıcıl iki ildir zərər edir. “Azfen” 2020-ci ili 6 milyon 831 min manat xalis zərər ilə başa vurub. 2019-cu illə müqayisədə 2020-ci ildə şirkətin xalis zərər 1,9 dəfə artıb. “Azfen” 2019-cu ili 3 milyon 575 min manat xalis zərər ilə bağlamışdı. Gəlirləri artsa da yüksələn xərclər şirkəti mənfəətsiz qoyur.
GƏLİRLƏRİ ARTIB
“Marja” şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə “Azfen”in müştərilərlə müqavilələrdən əldə etdiyi gəlirlər 176 milyon 140 min manat və ya 87,7% artaraq 376 milyon 938 min manat təşkil edib. Şirkət 2019-cu ildə 200 milyon 797 min manat gəlirlər əldə etmişdi.
Ötən il “Azfen” xarici valyutalardan 3 milyon 180 min manat da qazanıb (2019-da 609 min manat zərər etmişdi).
XƏRCLƏRİ DƏ KƏSKİN ARTIB
2019-cu illə müqayisədə 2020-ci ildə “Azfen”in cəmi xərcləri 182 milyon 464 min manat və ya 89% artaraq 387 milyon 172 min manat təşkil edib. 2019-cu ildə şirkətin cəmi xərcləri 204 milyon 707 min manat olmuşdu.
AKTİVLƏRİ ARTIB
31 Dekabr 2020-ci il tarixində “Azfen” birgə müəssisəsi 257 milyon 953 min manat cəmi aktivlərə malik olub. Şirkət 2019-cu ilin sonunda 190 milyon 768 min manat cəmi aktivlərə malik idi (aktivləri 35,2% artıb).
Xatırladaq ki, “Azfen” Birgə Müəssisəsi 2017-ci ili təxminən 180 milyon manat, 2018-ci ili ili isə 102 milyon manat xalis mənfəət ilə başa vurmuşdu.
AZFEN B.M. 1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilib.
Şirkətin fəaliyyəti neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir. “Azfen” irihəcmli neft layihələri üçün boru kəmərlərinin, platformaların və terminalların tikintisini həyata keçirib.
2020-ci ildə “Azfen”in orta hesabla 4 min 484 işçisi olub (2019-da orta hesabla 2 min 711 nəfər).
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
9 d. əvvəl
Tesla şirkəti Model Y-nin yeni versiyasını təqdim etdi: qiyməti məlum oldu
-
-
17 d. əvvəl
“Aztelekom” avadanlıqlarını “Huawei” ilə yeniləməyə başlayıb
- 25 d. əvvəl
- 36 d. əvvəl
- 41 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rusiya alimləri kimyaterapiya olmadan xərçəngin müalicəsi üzərində işləyirlər”
-
1 saat əvvəl
Almanlar daha az pivə içməyə başlayıblar – Almaniyada satışlar rekord aşağı səviyyəyə düşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
“Aztelekom” avadanlıqlarını “Huawei” ilə yeniləməyə başlayıb
Adında "Sirab" sözü olan yeni şirkət yaradılıb
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Bank 7.8%-lə 5 milyon dollar borc alır
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Almanlar daha az pivə içməyə başlayıblar – Almaniyada satışlar rekord aşağı səviyyəyə düşüb
Trampdan İrana “əgər razılaşa bilməsək, pis şeylər olacaq” mesajı
Qızıl, itkilərin bir hissəsini geri alaraq yenidən bahalaşıb
Bakıda daha bir "Pizza Hut" restoranı açılacaq
























