Tovuzlu fermer 2 hektar kartof sahəsindən 60 ton məhsul götürəcək
Qərb bölgəsində kartof ən çox Tovuz rayonunda əkilir. Kənd təsərrüfatına dövlət tərəfindən göstərilən qayğı, gübrələrin güzəştli satışı fermerlərin işini xeyli asanlaşdırıb və kartofçuluğa marağı bir qədər də artırıb.
Rayonun Əyyublu kənd sakini, fermer Əfqan Abbasov deyib: “Ötən il 1 hektar sahədə kartof əkmişdim. Yaxşı məhsul əldə etdiyimə görə bu il sahəni artıraraq 2 hektara çatdırdım. İndi kartof sahələrində becərmənin qızğın dövrüdür. Əkdiyimiz kartof toxumu Rusiyadan gətirilən “Nevski” sortudur. Əkin sahələrinin indiki vəziyyəti hektardan 30 tondan çox məhsul götürəcəyimizdən xəbər verir”.
Kartof əsasən rayonun Qovlar şəhərində, Düz Qırıqlı, Əyyublu, Dönük Qırıqlı, Aşağı Quşçu və dağ kəndlərində becərilir.
Qeyd edək ki, ötən il tovuzlu fermerlər 8197 hektar sahədə kartof əkib və 178 min 635 ton məhsul istehsal ediblər.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
5 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























