Apple öz rəhbərinə 750 milyon dollarlıq səhm verib
10 illiyin tamamında aldığı ən böyük məvacib paketidir...Avqustun 24-də Tim Kuk-un Apple şirkətinin Baş İcraçı Direktoru (CEO) vəzifəsinə gəlməsinin 10 ili tamam olub.
Marja xəbər verir ki, dünən isə şirkət ona dəyəri hazırkı bazar qiyməti ilə 750 milyon dollar təşkil edən 5 milyon ədəd səhm verib. Bu, son 10 il ərzindəki ən iri məvacib paketidir. Müqaviləyə görə Kuk-un əmək haqqının əksər hissəsini səhm şəklində almaq hüququ var.
1998-ci ildə qlobal əməliyyatlar üzrə vitse-prezident vəzifəsində Apple-a qoşulan Tim Kuk şirkətin qurucusu Stiv Cobsun vəfatından az öncə - 2011-ci ilin avqustunda Baş Direktor təyin olunub. Onun rəhbərliyi altında Apple bir sıra mühüm uğurlar əldə edib, o cümlədən:
- 2011-ci ilin 3-cü fiskal rübündə Apple-ın gəlirləri 29 milyard dollara yaxın idisə, hazırda bu rəqəm 81,4 milyard dollardır - 3 dəfəyə yaxın artım;
- Son rübdə təkcə iPhone satışlarından gəlir 40 milyard dollara çatıb;
- 2011-ci ildə 350 milyon dollar olan bazar dəyəri hazırda 2,4 trilyon dollara qədər artıb. Apple indi dünyanın ən bahalı şirkətidir;
- 2011-ci ildə Apple-ın xidmətlərdən gəlirləri cəmi 3 milyard dollar idisə, 10 il ərzində istifadəyə verilən AppStore, Apple Music və bir sıra xidmətlər sayəsində ötən ilin sonunda bu rəqəm 53,7 milyard dolalra çatıb;
2011-ci ildə Apple aksesuar satışından 2,3 milyard dollar gəlir əldə etmişdi. 2015-ci ildə buraxılan Apple Watch və 2016-cı ildə istifadəyə verilən AirPods qulaqcıqları sayəsində bu rəqəm 30 milyard dollardan çox olub. Ötən il Apple 34 milyon ədəd ağıllı saat sataraq, şəriksiz lider olub və ikinci yerdəki Huawei şirkətini (11 milyon ədəd saat) kifayət qədər üstələyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)





.jpg)





