Mikayıl Cabbarov pivə zavodunda istehsal xəttini işə saldı
Pivə istehsalı sahəsinə 55 milyon manatdan çox sərmayə yatırılıb.Ölkəmizdə ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” şirkəti ilk dəfə yerli arpadan pivə istehsalına başlayıb. Sentyabrın 16-da zavodda pivə brendi “Xırdalan”ın yerli arpadan hazırlanmış ilk istehsal xəttinin açılışı olub.
Marja xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa regionu üzrə icraçı vitse-prezidenti Lars Lemann, “Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev və “Carlsberg Group”un regional nümayəndələri iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu ilin may ayında İqtisadiyyat Nazirliyi və “Carlsberg Azerbaijan” arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, Nazirliklə şirkətin əməkdaşlığı “Made in Azerbaijan” brendli məhsulların xarici bazarlara daha çox çıxarılması və rəqabətqabiliyyətliliyinin təmin olunmasına xidmət edəcəkdir.
İqtisadiyyat naziri qeyd edib ki, pivə istehsalı sahəsinə 55 milyon manatdan çox sərmayə yatıran “Carlsberg Azerbaijan” şirkətinin fəaliyyətinin genişləndirilməsi və xammal bazasının lokallaşdırılması diqqətəlayiq haldır. Bu layihə ölkəmizdə yerli xammala əsaslanan istehsalın inkişafı və yeni iş yerlərinin açılmasında özəl sektorun payının artması istiqamətində mühüm addımdır.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda əlverişli biznes və investisiya mühitinin olduğunu vurğulayıb, sahibkarlıq sahəsində aparılan islahatlar barədə məlumat verib.
“Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa regionu üzrə icraçı vitse-prezidenti Lars Lemann Azərbaycanda yetişdirilən arpanın şirkətin tətbiq etdiyi bütün standartlara cavab verdiyini bildirib, xammal bazasının lokallaşdırılma layihəsinin önəmini vurğulayaraq, bunun Azərbaycanda investisiya cəlbediciliyinin daha da artırılması üçün uğurlu təcrübə olduğunu qeyd edib.
“Calrsbeg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev hazırda şirkətin tərəfdaşlarla birlikdə arpanın, həmçinin pivəbişirmə sənayesində istifadə edilən digər xammal növlərinin lokallaşdırılması üzərində çalışdığını bildirib. “Carlsberg Azerbaijan” və “AzərŞəkər” şirkətləri arpanın lokallaşdırılması üzrə pilot layihəsinə 2019-cu ildə start veriblər. Laborator tədqiqatlara əsaslanaq 2020-ci ildə əkin sahələri artırılıb. 2021-ci ildə yetişdirilmiş yerli arpadan pivə istehsalına başlanılıb. Bu ilin yanvar-iyul ayları ərzində şirkət tərəfindən istehsala 2,5 milyon manat investisiya yatırılıb. 2022-ci ildən başalayaraq istehsal prosesində bütövlükdə yerli arpadan istifadə olunması planlaşdırılır.
Qeyd edək ki, “Carlsberg Azerbaijan” pivəbişirmə zavodunun illik istehsal gücü 8 milyon dekalitrdir. Şirkətdə 250-dək işçi çalışır və əlaqədar sahələrdə (təchizat, pərakəndə satış) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin məhsul portfelinə “Xırdalan”, “Carlsberg”, “Baltika”, “Əfsanə”, “Kronenbourg Blanc 1664”, “Seth&Riley's Garage” kimi markalar daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 d. əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
-
- 45 d. əvvəl
-
56 d. əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
57 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
10 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
- 12 saat əvvəl
-
12 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
13 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
13 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
14 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Ən çox oxunanlar
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib






.jpg)













.jpg)

