“PAŞA Sığorta”dan "filiallarını bağlayıb" xəbərinə reaksiya
“PAŞA Sığorta” 3 nümayəndəliyinin bağlanması barədə yayılmış məlumatla bağlı açıqlama verib.
Şirkətdən “Marja”ya daxil olmuş məlumatda deyilir:
“Bildirmək istərdik ki, PAŞA Sığorta şirkətinin 3 nümayəndəliyinin bağlanması barədə məlumat yanlışdır, bir tək Dağlıq Şirvan iqtisadi rayonunda yerləşən Şamaxı nümayəndəliyi Ağsu nümayəndəliyi ilə əvəz olunmuşdur”.
Qeyd edək ki, yerli agentliklərdən biri “PAŞA Sığorta” ASC-nin Şamaxı, Tərtər və Naxçıvan şəhərlərində yerləşən nümayəndəliklərini bağladığı barədə məlumat yaymışdır.
Həmin məlumata görə, hazırda “PAŞA Sığorta” müştərilərinə Bakıdakı baş ofisi, “Port Baku Mall” ticarət mərkəzindəki məntəqəsi, eləcə də Gəncə, Xaçmaz, Göyçay, Lənkəran, Zaqatala, Sumqayıt, Bərdə, Şirvan, Şəki və Ağsudakı nümayəndəlikləri vasitəsi ilə xidmət göstərir.
Məlumatda qeyd edilir ki, şirkətin bağlanmış nümayəndəlikləri “Kapital Bank” ASC-nin rayonlardakı filiallarında fəaliyyət göstərib. Həm adı çəkilən bank, həm də sığorta şirkəti “PAŞA Holdinq” MMC-yə daxildir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
5 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























