Daha bir bank maliyyə vəziyyətini açıqladı – 8 MİLYONDAN ÇOX XALİS QAZANCI VAR
“Expressbank” ASC 2021-ci ilin 9 ayını (yanvar- sentyabr dövrünü) 8 milyon 127 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 700 min manat və ya 9,4% çoxdur. Bank 2020-ci ilin 9 ayını 7 milyon 426 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ YÜKSƏLİB
Marja.az Bankın cari ilin 9 ayının yekunları üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr dövründə “Expressbank” ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 40 milyon 854 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 30 milyon 518 min manat təşkil edib. Bankın gəlirləri xərclərini üstələdiyindən 10 milyon 335 min manat əməliyyat mənfəəti yaranıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 443 min manat ayrıldığından və 1 milyon 765 min manat mənfəət vergisi ödənildiyi üçün“Expressbank” ASC 2021-ci ilin 9 ayını 8 milyon 127 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-sentyabr dövründə “Expressbank” ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 39 milyon 589 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 30 milyon 358 min manat təşkil etmişdi. Bankın gəlirləri xərclərini üstələdiyindən 9 milyon 231 min manat əməliyyat mənfəəti yaranmışdı. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 724 min manat ayrıldığından və 1 milyon 80 min manat mənfəət vergisi ödənildiyi üçün“ Expressbank” 2020-ci ilin 9 ayını 7 milyon 428 min manat xalis mənfəət ilə başa vurmuşdu.
2020-ci ilin 9 ayı ərzində “Expressbank”ın faiz gəlirləri 29 milyon 955 min manat ikən, 2021-ci ilin 9 ayında 30 milyon 769 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 9 milyon 635 min manatdan 10 milyon 84 min manata yüksəlib.
BANK BÖYÜYÜB
2020-ci ilin sonu ilə müqayisədə, cari ilin 9 ayında “Expressbank”ın cəmi aktivləri 15 milyon 372 min manat artaraq 328 milyon 820 min manata, müştərilərə verilmiş cəmi kreditlər 32 milyon 358 min manat artaraq 242 milyon 101 min manata çatıb.
DEPOZİTLƏR ARTIB
2020-ci ilin sonu ilə müqayisədə, cari ilin 9 ayında “Expressbank”da deozitlər 19 milyon 629 min manata artaraq 138 milyon 285 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 17 milyon 777 min manat artaraq 111 milyon 300 min manata, hüquqi şəxslərin depozitləri 1 milyon 852 min manat artaraq 26 milyon 985 min manata yüksəlib.
MƏCMU KAPİTALI DA ARTIB
30 Sentyabr 2021-ci il tarixində “Expressbank” 126 milyon 206 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 117 milyon 341 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
47 d. əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
3 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
4 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
Ən çox oxunanlar
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu





















