Unibank 9 ayı mənfəətlə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİ AÇIQLADI
“Unibank” KB ASC 2021-ci ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb.
“Unibank”dan Marja-ya daxil olmuş press-relizdə bildirilir ki, 30 sentyabr 2021-ci il tarixinə Bankın əməliyyat gəlirləri 116 milyon manat təşkil edib. İlin ilk 9 ayında qazanılmış faiz gəlirləri 87 milyon manat, qeyri-faiz gəlirləri isə 29 milyon manat olub. Xüsusi vurğulamaq lazımdır ki, Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 48% artıb.
“Unibank”ın depozit portfeli də ilin ilk 9 ayı ərzində böyüyüb. Müddətli depozitlər ilin əvvəlindən 119 milyon manat artaraq, 30 sentyabr 2021-ci il tarixinə 453 milyon manat təşkil edib.
Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu sahəyə öz töhfəsini verib. 9 ay ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. İlin əvvəli ilə müqayisədə təkcə Visa və Mastercard debet kartları 53% artaraq 421 mini keçib.
Bu ilin əvvəlindən etibarən Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. İlin əvvəli ilə müqayisədə “Unibank”ın ümumi kredit portfelinin həcmi 160 milyon manata yaxın- 28% artıb.
Hər zaman olduğu kimi bu il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi bu ilin əvvəlindən 29% artıb. İlin əvvəlindən hesabat dövrünədək biznes sektoruna ayrılmış kreditlərin məbləği 45 milyon manat təşkil edib.
Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, ilin əvvəlindən bu yana “Unibank”ın aktivlərinın həcmində 18% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 961 milyon manat təşkil edib.
Hesabat dövrünün sonuna bankın balans kapitalı 98 milyon manata çatıb, xalis mənfəəti isə 4 milyon manat təşkil edib.
Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da zəruri edən bir dövrdə “Unibank”ın UBank tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır. Təkcə bu ilin əvvəlindən UBank-da qeydiyyatdan keçənlərin sayı 46% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin üçüncü rübündə mobil tətbiq vasitəsilə aparılan kartla əməliyyat dövriyyəsi 15%, say olaraq isə 63% artıb.
Üçüncü rüb ərzində Unibank ölkədə ilk rəqəmsal bank olan “Leobank”ı istifadəyə verib. Leobank «mobile-only» (filialsız bank) prinsipinə uyğun olaraq yaradılmışdır. Azərbaycanda nağdsız ödənişlərin inkişafına daha da təkan vermək, müştəriləri bütün bank məhsul və xidmətləri ilə rəqəmsal formada təmin edən Leobank istifadəçilərinin sayı günü gündən artmaqdadır.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 29 d. əvvəl
-
29 d. əvvəl
“Azərlotereya” illik 374 milyon manat gəlir, 74 milyon manat xalis mənfəət əldə edib
-
58 d. əvvəl
“Asel Kredit” BOKT 2025-ci ili 3 milyon 371 min manat xalis zərər ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“Azərlotereya” 2025-ci il üzrə maliyyə hesabatını açıqladı
Rəsmi məzənələr açıqlandı
Ən çox oxunanlar
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Neftin qiyməti ABŞ-İran razılaşmasına dair bədbinlik və yeni hücumların təsiri ilə yüksəlməkdə davam edib
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN























