Yanvar-oktyabr aylarında Çində sənaye istehsalı 10,9% artıb
Çində sənaye istehsalı yanvar-oktyabr aylarında illik hesablamada 10,9% artıb. Marja xəbər verir ki, Bu barədə bazar ertəsi Çin Dövlət Statistika İdarəsi məlumat yayıb.
Mətbuat konfransında yayılan hesabatdan məlum olur ki, Çində sənaye istehsalı 2011-ci ilin oktyabr ayında ötən ilin oktyabr ayı ilə müqayisədə 3,5% artıb. Bu, sentyabr ayı ilə müqayisədə 0,4 faiz bəndi çoxdur. İqtisadçılar oktyabrda sənaye istehsalının 3% artacağını gözləyirdilər.
Çində sənaye istehsalının dinamikası son bir neçə ildə tədricən azalır. 2019-cu ildə o, 5,7%-ə, keçən il isə pandemiya səbəbindən 2,8%-ə düşüb.
Çində pərakəndə satışlar 2021-ci ilin oktyabr ayında ötən ilin sentybar ayı ilə müqayisədə 4,9% artıb. Proqnoz 3,5% idi.
Çində spərakəndə satışlar yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 14,94% artıb.
Çində 2011-ci ilin oktyabr ayında investisiyalar ötən ilin oktyabr ayı ilə müqayisədə 6,1% artıb. Proqnoz 6,2% idi. Sentyabrda investisiyalar 7,3% artmışdı.
Çində işsizlik oktyabr ayında artmayıb, yanvardan bu yana 11,33 milyon iş yeri açılıb
Oktyabrda Çinin şəhər əhalisi arasında işsizlərin xüsusi çəkisi (işsizlik nisbəti) sentyabr ayı ilə müqayisədə dəyişməyərək 4,9% təşkil edib. Çinin Dövlət Statistika İdarəsi bazar ertəsi bildirib ki, hökumət 10 ayda 11,33 milyon yeni iş yeri yaradıb.
Kənd yerlərində məşğulluq bazarı məlumatları heç vaxt Çinin daxili iqtisadi vəziyyətinə dair hökumətin aylıq hesabatlarında təqdim edilmir. Bu, müvafiq göstəricinin dəyişməsinə təsir edən amillərin xüsusiyyətləri ilə bağlıdır.
Mətbuat konfransında yayılan hesabatda göstərildiyi kimi, 25 yaşa qədər olanlar arasında işsizlik 14,2 faiz təşkil edib. 25 yaşdan 59 yaşa qədər olan vətəndaşların əsas kateqoriyası üçün bu, 4,2%-ə çatır.
Statistikaya görə, 2020-ci ildə Çin hökuməti məşğul əhalinin sayının 11,86 milyon nəfər artmasına nail olub, planı 131,8 faiz yerinə yetirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
-
18 d. əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
1 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
1 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
2 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb














.jpg)









