Yaponiya iqtisadiyyatı 2021-ci ilin 3-cü rübündə 3 faiz azalıb
Yaponiyanın ümumi daxili məhsulu (ÜDM) bu ilin üçüncü rübündə ötən ilin eyni rübü ilə müqayisədə 3 faiz azalıb. Marja xəbər verir ki, bunu ölkə hökumətinin bazar ertəsi dərc etdiyi məlumatlar göstərir.
ÜDM-in real ifadədə rüblük azalması əvvəlki üç ayla müqayisədə 0,8 faiz təşkil edib - bu, son iki rübdə ilk azalmadır.
Yerli analitiklər ÜDM-in aşağı düşməsini davam edən pandemiya fonunda şəxsi istehlakın azalması və ixracın azalması ilə əlaqələndirirlər. Üçüncü rübdə bu göstəricilər müvafiq olaraq 1,1 faiz bəndi və 2,1 faiz bəndi azalıb.
Bu arada, yapon ekspertləri ölkədə koronavirusla bağlı vəziyyətin sabitləşməsi fonunda yaxın aylarda Yaponiyada şəxsi istehlakda artımın gözlənilə biləcəyini qeyd edirlər. Bununla yanaşı, qışda koronavirusun yeni yayılma dalğası təhlükəsi, o cümlədən neftin qiymətinin qalxması milli iqtisadiyyat üçün risk faktoru olaraq qalır.
2020-ci maliyyə ilində (31 mart 2021-ci ildə başa çatıb) Yaponiyanın ÜDM-i əvvəlki illə müqayisədə 4,6 faiz azalıb. Bu, statistik məlumatların tərtib olunmağa başlandığı 1955-ci ildən bəri ÜDM-də ən böyük azalma idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
2 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 2 saat əvvəl
-
3 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
3 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
























