Faiz endirimi ediləcəyinin gözlənilməsilə Türk Lirəsi ucuzlaşır
Bloomberg-in keçirdiyi sorğuya görə, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) bu həftəki yığıncağında faiz endirimlərinə davam edərək, pul siyasəti faizini 1 faiz bəndi də aşağı salacağı gözlənilir.
Marja xəbər verir ki, sorğuya qatılan 21 təşkilatın orta proqnozu TCMB-nin Noyabr yığıncağında 1.00 bənd endirimlə faizini 15% səviyyəsinə gətirəcəyi istiqamətindədir.
TCMB, keçən ay proqnozlardan yüksək endirim edərək faizini 18%-dən 16%-ə endirib. Bank açıqlamasında, "il sonuna qədər faiz endirimi üçün məhdud bir sahə qaldığını" qeyd etmişdi. Qərarın ardından Türk Lirəsi kəskin ucuzlaşmış və indiyədək Türkiyə valyutasının dəyərdən düşməsi davam edir.
Faiz qərarı Cümə axşamı günü (18 Noyabrda) açıqlanacaq.
Bakı vaxtı ilə saat 11:28-də Dollar/TL məzənnəsi 1,2% artımla 10,2157 TL olub.
İnflyasiyanın yüksək olmasına baxmayaraq Türkiyə Mərkəzi Bankı faizini azaldır. Adətən inflyasiya yüksələn dövrlərdə mərkəzi banklar faizini artırır. Türkiyə Mərkəzi Bankı isə əksinə hərəkət edir.
Türkiyədə rəsmi inflyasiya 20%-ə yaxın olduğu halda Mərkəzi Bankın kəskin faiz endirimlərinə getməsi və iki gün sonrakı yığıncaqda da faiz endiriminə davam ediləcəyi gözlənilməsi, Türk Lirəsinin dəyərdən düşməsinə səbəb olur.
ABŞ-da istehlakçı inflyasiyasının 6,2% ilə 31 ilin ən yüksək səviyyəsinə yüksəlməsilə ABŞ Mərkəzi Bankının (Fed) pul siyasətini sərtləşdirmək təqvimini önə çəkəcəyinə dair gözləntilər də Dolların qlobal dəyərində artıma səbəb olur. Türk Lirəsi bu səbəbdən də Dolalr qarşısında dəyərdən düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
12 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 15 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)











.jpg)






