"Veysəloğlu” yazı müsabiqəsi elan edib
“Veysəloğlu” Şirkətlər Qrupu Azərbaycan Mətbuat Şurası ilə birgə “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün yazı müsabiqəsi keçirir.
I. Müsabiqənin istiqamətləri
Müsabiqədə istiqamətləndirici mövzular aşağıdakılardır:
-Yerli istehsal və ixracatın stimullaşdırılması;
- Pərakəndə ticarət: mövcud durum, problemlər və perspektivlər;
-Yerli şirkətlər və korporativ sosial məsuliyyət;
-Azərbaycanda onlayn ticarət: reallıqlar və perspektivlər;
- Yerli şirkətlərin Azərbaycanın qida təhlükəsizliyində rolu.
II. Mükafatlandırma
I yer (1 nəfər) – 1000 manat;
II yer (2 nəfər) - 500 manat;
III yer (3 nəfər) - 300 manat.
Həvəsləndirici mükafat – 10 nəfər – 100 manat
Müsabiqə qaliblərinin adları 22 iyul Milli Mətbuat Günü ərəfəsində açıqlanacaqdır.
III. Müsabiqə şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;
- Mövzunu dolğun əhatə etmə səviyyəsi;
-Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti;
- İfadə vasitələrinin zənginliyi;
- Oxucu üçün informasiyalılıq dərəcəsi;
- Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə.
Müsabiqəyə 2017-ci ilin iyunun 1-dən iyulun 1-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;
Yazıda “Azərbaycan Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər Qrupunun “____” mövzusundakı müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır.
Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.
Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də verilməlidir.
Hər kütləvi informasiya vasitəsindən yalnız bir material qəbul ediləcəkdir.
Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.
IV. Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.
Təqdimat zərfində yer almalıdır:
-yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti
- yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti;
-yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
- müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi;
- yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);
-materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
- diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);
- yazı elektron media resursunda verilibsə, elektron daşıyıcıda yazının linkinin göstərildiyi ayrıca fayl.
Müsabiqə üçün yazılar 2017-ci il iyun ayının 3-dən iyul ayının 3-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.
Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.
Əlaqə telefonu:
(012) 441 35 96
(050) 534 93 26
(055) 201 99 26
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
14 d. əvvəl
Gömrük Komitəsi: “Biləsuvar” gömrük postundakı problemlərə bəzi şəxslər səbəb olub
-
19 d. əvvəl
Azərbaycan-Gürcüstan sərhədində gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub
- 19 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
Şamaxı–Qobustan neftli-qazlı sahə ilə bağlı saziş imzalandı - Macarıstan şirkəti 65%, SOCAR isə 35% paya malikdir
Ən çox oxunanlar
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Dekabrın 18-də gözlənilən hava şəraiti
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO













.jpg)


.jpg)



