Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Azərpoçt” göndərişləri gün ərzində ən qısa zamanda alıcıya birbaşa təhvil verəcək - YENİ LAYİHƏ

AzVak-mobil_resmin_ustu_31
“Azərpoçt” göndərişləri gün ərzində ən qısa zamanda alıcıya birbaşa təhvil verəcək - YENİ LAYİHƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən yeni “Extra” layihəsinin həyata keçirilməsinə başlanılıb.

Nazirlikdən verilən məlumata görə, pilot layihə ilkin olaraq Abşeron, Sumqayıt, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Yevlax, Ucar, Kürdəmir, Zərdab, Mingəçevir və Gədəbəydən Bakıya göndərilən poçt bağlamaları və banderollarına şamil olunur.

Reklam_3_11

Belə ki, adıçəkilən regionlarda qəbul edilən “Extra” göndərişlər gün ərzində ən qısa zamanda, Poçt Daşıma Mərkəzində mübadilə aparılmadan Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən “Şəbəkə” xidmət mərkəzində (AZ1144) və PDM-in poçt göndərişlərinin çıxış məntəqəsində (AZ9502) alıcıya birbaşa təhvil verilir. Göndərişlər yalnız ünvançının özü tərəfindən təyin olunan məntəqədən götürülür.

“Extra” göndərişi həyata keçirmək üçün vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə regionlarda fəaliyyət göstərən istənilən poçt şöbəsinə yaxınlaşa bilərlər.

Bildiririk ki, alıcılar göndərişlərini Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən “Şəbəkə” xidmət mərkəzindən (AZ1144) şənbə və bazar daxil olmaqla həftənin bütün günləri, eləcə də bayram günləri saat 09:00-dan 21:00-dək, PDM-in poçt göndərişlərinin çıxış məntəqəsindən isə (AZ9502) günün 24 saatı ərzində əldə edə bilərlər.

Extra Azərpoçt
02.12.2021 12:33
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19