Azər Türk Bank sahibkar müştərilərin rahatlığı üçün məsafədən xidmətə üstünlük verir
(®) Dövlət bankı Azər Türk Bankın son dövrdə qurduğu ekosistem hüquqi şəxs və fərdi sahibkar olan müştərilərə onlayn qaydada xidmət göstərməyə tam imkan verir.
Müştərinin istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün Bank tərəfindən hər bir şərait yaradılmışdır.
Belə ki, sahibkar Azər Türk Bankın internet səhifəsinə daxil olub onlayn müraciət göndərməklə fərqli valyutalarda, heç bir ödəniş etmədən müxtəlif növ hesablar açmaq imkanına malikdir.
Bankın “ATB business” internet-bankçılıq xidmətinə qoşulmaqla müştərilər öz hesablarını dünyanın istənilən nöqtəsində, günün istənilən vaxtı izləyə və idarə edə, bank əməliyyatlarının geniş çeşidini banka gəlmədən həyata keçirə bilir. Qeyd edək ki, Azər Türk Bankda hesabı olmayan şəxslər də “ATB Business” internet-bankçılığa qoşula bilərlər. Qeydiyyat zamanı onlayn hesabın açılması barədə həmin şəxsə təklif gəlir. Hesab açıldıqdan sonra qeydiyyat Bank tərəfindən tamamlanır.
Son texnologiyaların tətbiqi sayəsində “ATB Business” xidmətindən istifadə intuitiv şəkildə aparılır, əsasən qayda və təlimatlara müraciət etməyə ehtiyac qalmır.
Bu proqramın birbaşa olaraq müştərilərin şirkət daxili kargüzarlıq sistemlərinə qoşulması (API inteqrasiya) və ödənişlərin məcmu şəkildə imzalanması (təsdiqlənməsi) mümkündür.
Eləcə də “ATB Business Mobile” tətbiqindən istifadə edən müştərilər də əməliyyatları banka gəlmədən, onlayn rejimdə, rahat şəkildə həyata keçirir. Qeyd edək ki, bu tətbiq mütəmadi olaraq yeni imkanlarla zənginləşən, çoxfunksiyalı “ATB Business” internet-bankçılıq xidmətinin mobil versiyasıdır.
Sahibkar müştərilər Bankın E-POS xidmətindən də məmnuniyyətlə istifadə edirlər.
Bankın müştərilərin istifadəsinə verdiyi E-POS xidməti virtual ödəniş qəbulu terminalıdır. Bu xidmət sahibkarın gördüyü iş və ya təqdim etdiyi məhsul müqabilində kartlarla aparılan ödənişlərin onlayn qaydada qəbul edən unikal vasitədir.
E-POS xidmətinə qoşulan sahibkar məhsul və xidmət əldə etmək istəyən müştərilərinə onlayn ödəniş üçün istənilən sayda link (keçid) yaratmaq imkanına malik olur. Alıcı, Bank tərəfindən SMS və ya e-mail vasitəsilə göndərilən linkə daxil olmaqla, istənilən bank kartı ilə ödəməni həyata keçirir. Bütün əməliyyatlar “3D Secure” protokolu ilə qorunur.
Qeyd edək ki, “Elektron ticarət” (E-commerce) xidməti istifadəçiləri avtomatik olaraq E-POS xidmətinə qoşulmuş hesab edilir və hər iki xidmətdən eyni anda faydalana bilərlər.
Bankın xidmət ofislərində ADM terminallar quraşdırılmışdır ki, bu da korporativ müştərilərə, bank əməkdaşları ilə təmasda olmadan, sərbəst şəkildə hesabları üzərindən nağd məxaric və mədaxil əməliyyatları aparmaq imkanını verir.
Bankın saytında hüquqi şəxslər və fərdi sahibkarlar üçün yaradılmış https://hub.atb.az/səhifəsi istifadəçilər tərəfindən məmnunluqla qarşılanıb.
Belə ki, qeyd olunmuş portal üzərindən müştəri sifarişlərinin qəbulu ilə yanaşı, müxtəlif növ sənədlərin elektron şəkildə bir və ya ikitərəfli qaydada imzalanması həyata keçirilir.
Azər Türk Bank klassik bank modelindən uzaqlaşmaq, müasir elektron xidmət şəbəkəsi qurmaq əzmindədir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
10 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir











.jpg)













