Dollara təsir edə biləcək çox önəmli məlumatlar açıqlanacaq
Bu gün Amerikanın əmək bazarı ilə bağlı açıqlanacaq statistik məlumatlar, dünya birjalarında dolların aparıcı valyutalara olan qiymətlərində böyük hərəkətliliyə səbəb ola bilər.
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
Belə ki, bu gün Bakı vaxtı ilə saat 16:30-da son bir neçə həftədir böyük maraqla gözlənilən, Amerikanın dövlət statistika idarəsi tərəfindən işsizlik və qeyri-kənd təsərrüfatı sahələrində yaradılan yeni iş yerlərinin sayı (ing.: "NFP") ilə bağlı məlumatlar yayımlanacaq. Sözügedən məlumatlar, iyun ayının 14-də açıqlanacaq, FED-in faiz qərarı üçün çox önəmli olduğu üçün dolların qiymətinə də güclü təsir edəcəyi gözlənilir.
Amerikada işsizlik səviyyəsi 4.4% olmaqla, son 16 ilin minimum səviyyəsindədir və may ayı ərzində yaradılan yeni iş yerlərinin sayının 185 min olması proqnozlaşdırılır. Aprel ayında isə bu göstərici 211 min idi.
Qeyd etmək lazımdır ki, Amerikanın əmək bazarında internet texnologiyaları sahəsində ixtisaslaşan kommersiya təşkilatının (ing.: "ADP") cümə axşamı açıqladığı məlumatlara görə, ABŞ-da may ayı ərzində əlavə olaraq 253 min yeni iş yerləri yaradılıb. Beləliklə, bu gün açıqlanacaq "NFP" göstəricisi də aprel ayının göstəricisini üstələyərsə, bu, foreks bazarlarında dolların 1%-ə kimi bahalaşmasına səbəb ola bilər. Bununla yanaşı, əmək haqlarında artım da FED-in inflyasiya gözləntiləri fonunda investorların diqqət mərkəzindədir.
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
Lakin son yarım ilin minimum səviyyələrində ticarət edilən dolların qiymətində bu gün dalğalanma güclənsə də, bunun 1%-dən çox olması gözlənilmir. Amerikanın əmək bazarında tam məşğulluq hökm sürür və müşahidə ediləcək yaxşılaşma da süpriz kimi qarşılanmayacaq. Gələcək günlərdə isə dünya birjalarında dolların qiyməti daha çox digər amillərin təsiri altında olacaqdır. Bunlar gələn həftə açıqlanacaq Avropanın 1-ci rüb üzrə iqtisadi inkişaf səviyyəsi, pərakəndə satış dövriyyəsi, Avropa Mərkəzi Bankının toplantısı və açıqlamaları, Böyük Britaniyada keçiriləcək növbədənkənar parlament seçkisi, Böyük Britaniyanın sənaye sektoru ilə bağlı statistik məlumatlar, Yaponiyanın 1-ci rüb üzrə iqtisadi inkişaf səviyyəsi və Çinin xarici ticarət dövriyyəsi və inflyasiya səviyyəsidir.
Neft istehsalı limitinin tətbiqinin, qiymətlərə müsbət təsiri fonunda şübhələr birjalarda təzyiqi artırır.
Enerji bazarlarında Avropanın Brent neftinin qiyməti 50$-a kimi 1$ ucuzlaşıb. Başda Səudiyyə Ərəbistanı və Rusiya olmaqla neft ixrac edən ölkələr, qiymətlərin bahalaşması üçün istehsal həcmlərini məhdudlaşdırsalar da, digər tərəfdən Amerika, Liviya və Nigeriyanın istehsal həcmlərini artırmaları, neft qiymətlərinə olan təzyiqi də artırır.
© İnvestAZ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
2 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
2 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
2 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 3 saat əvvəl
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















