1 lirə 12 qəpikdən də aşağı düşdü
Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi bu gün daha 3,8% azalaraq 0,1181 manata (1 manat/8,4674 lirə) enib ki, bu da yeni tarixi minimum sayılır.
Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında aparılan hesablamalarına görə, lirənin manata qarşı məzənnəsi son bir ayda 30,2%, ilin əvvəlindən isə 48,5% azalıb.
Lirə ilin əvvəlindən dollara qarşı da dəyərinin demək olar ki, yarısını itirib və hazırda Türkiyə Mərkəzi Bankının (TMB) rəsmi məzənnəsinə görə, 1 dollar 14,2000 lirə təşkil edir. Hazırda TMB-nin uçot dərəcəsinin daha da azaldacağı narahtlığı ilə bağlı lirə üzrə proqnozlar yaxşılaşmır və bu fonda yerli valyuta bazarında xarici valyutaya tələb yüksəkdir.
Bundan əlavə, investorların ABŞ-ın maliyyə requlyatoru FED-in qarşıdan gələn görüşündə faiz dərəcələrini artıracağı üzrə gözləntiləri fonunda dolların möhkəmlənməsi tendensiyası müşahidə olunur və bu da lirənin məzənnəsi üçün əlavə təhdid sayılır.
Dekabrın 10-da azalmış ehtiyatlarına baxmayaraq, TMB bazara müdaxilə edərək növbəti dollar satışı üzrə əməliyyatlar həyata keçirmişdi. Son iki həftə ərzində TMB bazara artıq üç dəfə müdaxilə edib və 2 dekabrda həyata keçirilən olan müdaxilə son 7 il ərzində ilk dəfə qeydə olunan rəsmi ehtiyatlarından dollar satışı idi. Nəticə olaraq müdaxilələrin gözəçarpan fərqi hiss olunmadı və dollar 14 lirə səviyyəsi keçdi.
Qeyd edək ki, geniş tənqidlərə, monetar siyasətin istiqamətinin dəyişilməsi və uçot dərəcəsinin yüksəldilməsi istəklərinə baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faiz azalmalarını müdafiə edib və "iqtisadi müstəqillik müharibəsində" qalib gələcəyinə söz verib.
Xatırladaq ki, artan illik inflyasiyaya baxmayaraq (noyabrda 21,31%), bu il TMB uçot dərəcəsini 19%-dən 15%-ə qədər azaldıb və yumşaq monetar siyasətini davam etdirir. Sözügedən fonda "S&P Global Ratings" reytinq agentliyi Türkiyənin "B+" və "BB-" səviyyələrində olan xarici və yerli valyutada sorğulanmamış uzunmüddətli suveren kredit reytinqləri üzrə proqnozunu "stabil"dən "mənfi"yə endirib. Bundan əlavə, agentlik bildirib ki, yumşaq monetar siyasət və lirənin əhəmiyyətli dərəcədə dəyər itirməsi inflyasiya təzyiqlərini daha da artıracaq və nəticədə istehlak qiymətlərinin illik artımı 2022-ci ilin əvvəlində 25-30% təşkil edə bilər.
Telegramda Marja.az səhifəsinə abunə olun
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
3 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
3 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!





















