Rusiyanın Azərbaycana yatırdığı sərmayələrin həcmi açıqlanıb
Rusiyanın Azərbaycana yatırdığı sərmayələrin həcmi 4,5 milyard ABŞ dollarına, Azərbaycanın Rusiya Federasiyasına qoyduğu investisiyaların həcmi isə 1,5 milyard dollara çatıb.
Bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk ADA Universitetində keçirilən "İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" adlı konfransda deyib.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan qarşılıqlı fəaliyyət göstərə və birgə iqtisadi uğurlar əldə edə bilərlər.
"Bu gün Rusiya biznesi Azərbaycanda işləməkdə maraqlıdır. Ölkənin dəmir yollarının, bərpa olunan enerji mənbələrinin, yüksək texnologiyalı müəssisələrin yaradılması və inkişafı üçün yaxşı perspektivləri var", - deyə Overçuk bildirib.
Rusiya Baş nazirinin müavini onu da vurğulayıb ki, hazırda region Şimal-Cənub və Qərb-Şərq marşrutlarını əlaqələndirmək üçün imkanlar açır və bundan bütün Avrasiya İqtisadi Birliyi regionu faydalanacaq. O əlavə edib ki, hazırda Qazaxıstan sərhədlərindən Baltik limanlarına və Belarusa qədər yeni avtomobil yollarının tikintisi davam edir.
Azərbaycan Rusiyaya 1,2 mlrd. dollardan çox investisiya yatırıb
İndiyədək Rusiya iqtisadiyyatına yatırılmış Azərbaycan investisiyalarının həcmi 1,2 mlrd. ABŞ dollarını ötüb.
Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ADA Universitetində keçirilən "İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" adlı konfransda deyib.
Onun sözlərinə görə, Rusiya isə ölkə iqtisadiyyatına 6 mlrd. dollardan çox investisiya yatırıb və hazırda Azərbaycanda qeydiyyata alınmış Rusiya kapitallı 1 110-a yaxın müəssisə mövcuddur.
Azərbaycan bu il Rusiyaya 450 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib
Bu ilin on ayında Azərbaycan Rusiyaya 450 mln. dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib.
Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunmuş tədbir zamanı deyib.
Onun sözlərinə görə, ixrac mallarına əsasən pomidor, alma və digər meyvə-tərəvəzlər daxil olub.
Bundan əlavə, Ş. Mustafayev bildirib ki, Azərbaycan sözügedən məhsulların ixra
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
3 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
3 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
























