Azərbaycan istehsalı dronların yeni sınağı keçirilib
Elm və Texnologiya Parkı “Project Terra” MMC ilə əməkdaşlıq çərçivəsində istehsal etdiyi dronların yeni sınağını həyata keçiribAMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Elm və Texnologiya Parkı Azərbaycan bazarında nüfuz qazanmış müasir mühəndislik şirkəti olan “Project Terra” MMC ilə əməkdaşlıq çərçivəsində istehsal etdiyi dronların yeni sınağını həyata keçirib.
AMEA Yüksək Texnologiyalar Parkının yaydığı məlumatda bildirilir ki, əməkdaşlığın məqsədi drona quraşdırılmış mobil skanerin (LidarUSA Revolution 120) müəssisənin dronlarında tətbiqi imkanlarını yoxlamaqdır.
Belə ki, AMEA mütəxəssisləri tərəfindən istehsal olunan dronlar ötən həftə ərzində “Project Terra” şirkəti tərəfindən elmi-tədqiqat layihəsi çərçivəsində idarə olunaraq yeni sınaqdan müvəffəqiyyətlə keçmişdir.
“LidarUSA Revolution 120” skaneri ilə ərazi barədə (relyef, yüksəkliklər, dərələr və s.) tam məlumat əldə etmək mümkündür. Bu skaner vasitəsilə böyük ərazilərin, insan üçün əlçatmaz yerlərin məlumatları tez bir zamanda yüksək dəqiqliklə əldə edilir. Toplanmış məlumatlar lazım olan nəticələrin əldə edilməsi (xəritəçəkmə, 3D modellərin hazırlanması, müvafiq obyektlərin lokasiyası və s.) üçün istifadə oluna bilər.
“Project Terra” şirkəti tərəfindən lazer skanerlərdən istifadə edərək müvafiq tikililərin, tarixi abidələrin, küçələrin və s. obyektlərin dəqiq ölçülərinin, ən xırda detalların rəqəmsal formada əks etdirilməsi azad olunmuş ərazilərdə (Şuşa, Ağdam və s.) tətbiq edilmiş, uğurlu nəticələr əldə olunmuşdur.
AMEA Elm və Texnologiya Parkının mütəxəssisləri tərəfindən istehsal olunan dronlarda bu texnologiyaların tətbiqi isə bu kimi layihələrin daha effektiv və əlverişli olmasına şərait yaradacaq.
Qeyd edək ki, LİDAR (işıq və radar cihazı) ultrabənövşəyi şüalardan lazer şüası şəklində işıq impulslarından istifadə edərək məsafə ölçmə və görüntüləmə texnologiyasıdır. Həmçinin elektromaqnit spektrinin görünən və infraqırmızı hissələridir. Bu işıq impulsları ölçmə altında olan obyekt tərəfindən adətən geri səpilmə yolu ilə əks olunur. LiDAR sensoru əks olunan işıq impulsun geri qayıtması üçün sərf olunan vaxtı ölçür və beləliklə, obyektlə özü arasında olan məsafəni hesablaya bilir. Bununla da yaydığı həmin impuls nöqtələri əsasında obyektin üçölçülü görüntüsü hazırlanır.
Bu texnologiya vasitəsilə skan olunmuş obyektlərin Point Cloud və onlardan 3D modellərinin (digital twin) hazırlanması, istənilən ərazinin avtomobil və ya dron üzərində quraşdırılmış LİDAR 3D lazer sensor skaner vasitəsilə mobil şəkildə skan olunması, relyef və yerüstü obyektlər haqqında 3D məlumatların toplanması, dron vasitəsilə ərazinin 3D xəritəsinin çəkilməsi, eləcə də binaların, tarixi abidələrin, zavod və fabriklərin, yolların, ərazilərin və s. yerdən və havadan 3D lazer skaner cihazlar vasitəsilə skan olunaraq məlumatların toplanması mümkündür.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
1 saat əvvəl
“Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və keçirir”
-
1 saat əvvəl
“Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır”
-
1 saat əvvəl
Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır
-
3 saat əvvəl
“NAS Project BOKT”ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"GameStop"dan "eBay" üçün 55,5 milyard dollarlıq təklif - "Amazona ciddi rəqib olacaq"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır
Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir
BP Azərbaycanda zavod inşa edəcək
5 metr uzunluğa malik yeni nəsil "Wuling Starlight L" təqdim edilib - Azərbaycanda da təqdim olunması planlaşdırılır
İtaliyanın Baş naziri Meloni Azərbaycana səfərə gəldi
"GameStop"dan "eBay" üçün 55,5 milyard dollarlıq təklif - "Amazona ciddi rəqib olacaq"
"İran Hörmüz boğazında istənilən ssenariyə hazırdır"
PULLU Adam olmaq üçün ilk addımını at ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İllik 9% və 10% gəlir - "ABB İnvest" ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır












.jpg)








