Bolqarıstan daha çox Azərbaycan qazı almaq istəyir
Bolqarıstan "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının illik bir milyard kubmetr həcmində olan müqavilə həcmlərini tam şəkildə almaq istəyir.
Bir müddət əvvəl Bolqarıstan hökumətinə yeni təyinn edilmiş Baş nazir Kiril Petkov Bolqarıstan mətbuatına açıqlamasında bildirib ki, bu məsələnin Azərbaycanla müzakirəsi planlaşdırılır.
"Bolqarıstan Azərbaycan qazının bütün razılaşdırılmış həcmini almaq üçün əlindən gələni edəcək ki, bu da hazırda digər mənbələrdən əldə edilən qazdan demək olar ki, 60 % ucuzdur", - deyə K. Petkov bildirib.
2021-ci ilin əvvəlindən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Bolqarıstanın “Bulgargaz” şirkəti arasında illik 1 milyard kubmetr həcmində müqavilə əsasında Azərbaycandan Bolqarıstana təbii qaz tədarük edilib.
Baş nazir qeyd edib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria; IGB) qaz kəməri tamamlanmadığından, qaz Kulata-Sidirokastro bağlantısı ilə idxal olunur: “Lakin məhdud texniki imkanlar bütün razılaşdırılmış həcmlərin əldə edilməsinə imkan vermir. Müqavilə ilə nəzərdə tutulmuş həcmlərdən Bolqarıstan ilin əvvəlindən doqquz ay ərzində cəmi 225 milyon kubmetr Azərbaycan qazı alıb".
K. Petkov bu günlərdə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Sofiyaya səfəri zamanı bu məsələni müzakirə edəcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi ilə də danışıqlar gedir.
Bolqarıstan qaz tədarükü ilə bağlı ciddi çətinliklərlə üzləşir, həmçinin Avropada “mavi yanacağ”ın baha olması səbəbindən ölkə daxilində istilik və enerji qiymətlərində artım müşahidə olunur
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
19 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
27 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 37 d. əvvəl
- 43 d. əvvəl
- 46 d. əvvəl
- 47 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır






.jpg)








.jpg)





