"Bravo"nun daxil olduğu "Azərbaycan Supermarket" şirkətinin növbəti istiqrazları yerləşdiriləcək - ŞƏRTLƏR
14 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu "Azərbaycan Supermarket" MMC-nin 10 milyon manatlıq istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjadan Marja-ya daxil olmuş məlumata görə, 28 dekabr 2021-ci il tarixində "Azərbaycan Supermarket" MMC-nin növbəti istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 10 min ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10,5%, tədavül müddəti 3 il, kupon faizlərinin ödəniş müddəti hər 3 aydan birdir.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
CƏMİ 40 MİLYON MANAT CƏLB EDƏCƏK
Xəbər verdiyimiz kimi, "Azərbaycan Supermarket" MMC istiqraz buraxılışı yolu ilə 40 milyon manat cəlb etməyi nəzərədə tutur. MMC hər birinin nominal dəyəri 1000 manat olan 40 min ədəd istiqraz emissiya edib.
28 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında "Azərbaycan Supermarket" MMC-nin 10 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 19 investor 27 milyon 31 min manatlıq 40 sifariş təqdim etmişdi. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 10 milyon manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
9 d. əvvəl
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- 9 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























