Nazirlik 308 vakant vəzifə üzrə işə qəbul elan etdi
Kənd Təsərrüfatı Nazirliyi 308 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsabiqə üzrə müsahibə elan edib. Dekabrın 27-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb.
Təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.
Müsahibə mərhələsi üzrə qeydiyyat gələn ilin yanvarın 25-dək davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, maliyyə, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.
Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru və texniki nəzarətin təşkili sektoru üzrə müəyyənləşib.
Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=481
https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=482
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)








