Un və çörək istehsalçıları qiymətləri əsaslı artırırlar? - ARAŞDIRMA
Ötən iln 11 ayında 1 ton buğdanın orta idxal qiyməti 30%-dən çox artaraq təxminən 214 dollardan 283 dollara yüksəlib.Dünən adlarını gizli saxlayan Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıblar. Müraciətdə qeyd olunub ki, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur.
Müraciətdə qeyd edilib ki, Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub.
Marja.az-ın Dövlət Gömrük Komitəsinin məlumatları əsasənda apardığı araşdırmaya görə, Azərbaycana 1 ton buğdanın idxal qiyməti ötən il 30%-dən çox artıb.
Belə ki, 2019-cu ilin 11 ayı ərzində Azərbaycana 319 milyon 693 min dollar dəyərində 1 milyon 487 min 719 ton buğda idxal edilib. Həmin dövrdə 1 ton buğdanın orta idxal qiyməti təxminən 215 dollar təşkil edib.
2020-ci ilin 11 ayı ərzində Azərbaycana 262 milyon 497 min dollar təyərində 1 milyon 225 min 586 ton buğda idxal edilib. 1 ton buğdanın orta idxal qiyməti 214 dollar təşkil edib.
2021-ci ilin 11 ayında Azərbaycana 287 milyon 557 min dollar dəyərində 1 milyon 17 min 503 ton buğda idxal edilib. 1 ton buğdanın orta idxal qiyməti 283 dollar olub.
Beləliklə, 2019-cu ilin 11 ayı ilə müqayisədə 2020-ci ilin 11 ayında buğdanın orta idxal qiyməti demək olar ki, dəyişməyib, 2021-ci ilin 11 ayında isə 2020-ci ilin 11 ayı ilə müqayisədə 69 dollar və ya 32,2% artıb.
2019-cu ildə (12 ayı üzrə) 1 ton buğdanın idxal qiyməti təxminən 215 dollar, 2020-ci ildə isə 217,5 dollar olub. 2020-ci ildə 1 ton buğdanın orta hesabla idxal qiyməti 2,5 dollar artıb.
2021-ci ilin 12 ayı üzrə buğda idxalı barədə rəqəmlər açıqlanmadığından hələlik 2020-ci illə müqayisəni təqdim edə bilmirik.
Azərbaycanın iri un və çörək istehsalçıları 1 kisə unun qiymətinin 28,6%, çörəyin qiymətinin isə maksimum 30% artacağını qeyd ediblər. Bu nisbətlər də ötən il 1 ton buğdanın orta idxal qiymətinin artım nisbətinə uyğun gəlir.
Qeyd edək ki, əlverişsiz hava şərtləri əsas buğda istehsal edən ölkələrdə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Eyni zamanda yüksələn yanacaq, gübrə qiymətləri, digər tərəfdən buğdaya artan tələb qiymətlərin qalxmasını sürətləndirir. Buğda istehsal edən ölkələr daxili bazarlarını qorumaq üçün buğda ixracına rüsumları artırırlar, bu da buğda idxal edən ölkələr üçün qiymətlərin daha da yüksəlməsi deməkdir.
2022-ci ildə də artan tələb, bahalaşan yanacaq və gübrə ilə əlaqədar olaraq buğda qiymətlərinin daha da yüksələcəyi gözlənilir. İqlim dəyişikliyinin də məhsuldarlığa mənfi təsir edəcəyi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 11 d. əvvəl
-
16 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 41 d. əvvəl
-
47 d. əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
-
1 saat əvvəl
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
Ən çox oxunanlar
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı
Saloglu mebeldə bütün mebellər fabrik qiymətinə endirilib

















