Dünyanın ən dəyərli futbol klublarının adları açıqlanıb
Marka qiymətləndirmə təşkilatı Brend Finance-in apardığı araşdırmaya görə, 1 milyard 733 milyon dollarlıq marka dəyəri ilə dünyanın ən dəyərli futbol klubu Manchester United-dır.
Dünyanın aparıcı marka qiymətləndirmə şirkətlərindən biri olan "Brand Finance", Dünya futbolunun "Ən Dəyərli İlk 50 Klub Markası" hesabatını yayıb.
"Marja" hesabata istinadən xəbər verir ki, sözügedən siyahıya daxil olan 50 futbol klubunun ümumi brend dəyəri 20 milyard 486 milyon dollardır. İlk 10-da yer alan klubların marka dəyəri 11 milyard 616 milyon dollara çatıb.
Keçən ilki siyahıda ilk sırada yer alan "Manchester United", 1 milyard 170 milyon dollarlıq marka dəyərini 48 faiz artıraraq 1 milyard 733 milyon dollara yüksəldərək bu il də "dünyanın ən dəyərli futbol klubu" titulunu qoruyub.
Builki Çempionlar Liqası kubokunu qaldıran "Real Madrid" isə 1 milyard 419 milyon dollarlıq marka dəyəriylə ikinci, "Barcelona" 1 milyard 418 milyon dollar ilə üçüncü sıradakı yerini bu il də kimsəyə verməyib.
Ən dəyərli 10 klubun 6-sını İngilis komandaları təşkil edib. İlk 10-da iki İspan, bir Fransız və Alman komanda yer alıb.
"Chelsea", 1 milyard 248 milyon dollar ilə ən dəyərli futbol klubları arasında dördüncü sırada yer alıb. Keçən il səkkizinci sırada yer alan "Chelsea"nin marka dəyərini 61 faiz artırıb.
Futbol klublarının marka dəyərləri arasında ən yüksək artım nisbətini qeyd edən klub, 92%-lik yüksəlişlə "Newcastle United" olarkən, klubun marka dəyəri 247 milyon dollara yüksəlib. İngiltərə Championship-də mübarizə aparan "Newcastle United", axıra iki həftə qalmış Premier Liqaya çıxmağı təmin edib.
Keçənilki qiymətləndirmədə dördüncü sırada yer alan "Manchester City" marka dəyərini yalnız 13% artıraraq yüksək performans göstərən klublar arasında altıncı sıraya geriləyib.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
4 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
5 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















