Rəqəmsal reklam daşıyıcılarından istifadə edənlər daha az dövlət rüsumu və yayım haqqı ödəyəcəklər
Azərbaycanda açıq məkandakı reklam ekosisteminin inkişaf etdirilməsi, həm estetik görünüş, həm də funksionallıq baxımından müasir tələblərə uyğunlaşmaq üçün rəqəmsal reklam daşıyıcılarından istifadənin stimullaşdırılması qərara alınıb.
Azərbaycan Dövlət Reklam Agentliyinin Strateji inkişaf və kommunikasiya şöbəsindən bildirilib ki, inkişaf etmiş ölkələrdəki kimi elektron monitor, tablo və digər reklam daşıyıcılarından daha çox istifadə olunsun deyə artıq bununla bağlı qanunvericiliyə bəzi dəyişikliklər də edilib. İndi rəqəmsal reklam daşıyıcılarından istifadə edən sahibkarlar onun ölçüsündən asılı olaraq daha az dövlət rüsumu və yayım haqqı ödəyəcəklər. Dəyişiklikdən əvvəl isə hesablama zamanı müasir tələblərə cavab verən bu qurğuların ölçülərinə görə aşağı məbləğ nəzərdə tutulmurdu. Açıq məkandakı reklamlarla bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanına və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən son dəyişiklikləri diqqətinizə çatdırırıq.
Açıq məkanda elektron daşıyıcılarda reklam yayımına görə haqqın hesablanma qaydası
Açıq məkanda reklam yayımına görə haqq hər ay reklamın 1 kvadratmetri üçün reklam daşıyıcısı üzrə aşağıdakı məbləğdə hesablanır:
Açıq məkanda elektron daşıyıcılarda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
|
|
33-1.2. Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.) : | |
33-1.2.1. 20 kvadratmetrədək olduqda | hər kvadratmetrinə görə 50 manat |
33-1.2.2. 50 kvadratmetrədək olduqda | 1000 manat + 21-50 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 15 manat |
33-1.2.3. 100 kvadratmetrədək olduqda | 1450 manat + 51-100 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 10 manat |
33-1.2.4. 100 kvadratmetrdən artıq olduqda | 1950 manat + 100 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə 5 manat |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 29 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
4 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















