Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Toyota” şirkəti uçan avtomobillərin istehsalına hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Toyota” şirkəti uçan avtomobillərin istehsalına hazırlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota” şirkəti tezliklə uçan avtomobillərin istehsalına başlayacaq. Şirkət tərəfindən belə avtomobillərin arxa ötürücülərinin hazırlanması istiqamətində işin başlanıldığı bildirilir.

 

Reklam_3_11

Verilən məlumata görə, “Toyota”nın uçan avtomobilinin prototipi 2020-ci ilin yayında Tokioda keçiriləcək Yay Olimpiya Oyunları zamanı nümayiş olunacaq. Həmin avtomobilin Olimpiya məşəlini yandıracağı nəzərdə tutulur.

 

Şirkət nümayəndələrinin sözlərinə görə, “Toyota” uçan maşınlar ideyasının “ilkin mərhələdə həyata keçirilməsi”nə başlayıb. Həmçinin bildirilir ki, bu layihənin kommersiyalaşdırılması istiqamətində qərar qəbul olunmayıb.

 

Buna baxmayaraq, dünyanın ən böyük avtomobil istehsalçısı sayılan şirkətlərindən birinin belə bir layihədə iştirakı, bu istiqamətdə ciddi addımların atıldığını deməyə əsas verir. Bu, eyni zamanda, həmin layihənin nə dərəcədə real olması barədə müzakirələrin qızışmasına da şərait yaradır.

 

© Azərtac

06.06.2017 06:25

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18