"Rusiya Ermənistanın təkliflərini Azərbaycana çatdıracaq"
“Rusiya demarkasiya komissiyası ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana çatdıracaq”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.
“Komissiyanın yaradılması məsələsinin tezliklə həllinə ümid edirik”, - nazir bildirib.
“Soçidə prinsipial razılıq var idi, hətta mətbuata da açıqlandı ki, komissiya 2021-ci ilin sonuna qədər yaradılacaq. Dünən mən yeni təklifləri olan erməni həmkarımla danışdım, biz o təklifləri Bakıya göndərdik. Görək komissiyanın tez işə salınması üçün nə edə bilirik”, - S.Lavrov vurğulayıb.
Onun sözlərinə görə, rəsmi Moskva Azərbaycanla Ermənistan arasında sərhədin tezliklə delimitasiyasının tərəfdarıdır: “Bu, sırf ikitərəfli məsələdir ki, delimitasiya və demarkasiya üzrə komissiya yaratmaq, həmçinin öz nümayəndəmizin namizədliyini bu komissiyada məsləhətçi kimi irəli sürməklə onun üzərində işləməyə başlamağı təklif edirik. Nəzərə alınmalıdır ki, Rusiya Baş Qərargahı və digər strukturlar Sovet İttifaqının formalaşması, habelə onun inzibati sərhədləri və ittifaq respublikaları arasındakı sərhəd dəyişikliklərini özündə əks etdirən xəritələrə sahibdir”.
Eyni zamanda, nazir qeyd edib ki, komissiya yaratmaq üçün ilk növbədə şərtləri razılaşdırmaq lazımdır: "Hazırda bu şərtlər müzakirə olunur. Orada uyğunsuzluqlar mövcuddur. Bizim mövqeyimiz sadədir: biz oturub rəsmi olaraq yaradılmış komissiya çərçivəsində indi həll olunmamış bütün məsələləri həll etməliyik”.
Bununla yanaşı, rusiyalı nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana sülhməramlılar göndərməsi fonunda Azərbaycan və Türkiyənin reaksiyalarını şərh edib: “Rəsmi Bakı və Ankara rəsmilərinin KTMT-nin Qazaxıstandakı fəaliyyətinə qarşı yönəlmiş hər hansı əsəbi reaksiya görmədim”.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
26 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 46 d. əvvəl
-
50 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı




















