Peşəkar türkiyəli həkim "Dünyagöz Bakı" xəstəxanasında olacaq
Gözlərdə torlu qişa xəstəlikləri (Retina) üzrə peşəkar Türkiyəli həkim Mahmut Öztürk 17-22 yanvar tarixlərində Dünyagöz Bakı xəstəxanasında olacaq.(®) Siqaretin xərçəngdən tutmuş tənəffüs problemlərinə qədər bir çox xəstəliyin səbəblərindən biri olduğunu bilməyən yoxdur. Amma çoxlarımız bilmirik ki, sarı ləkə xəstəliyin trigerlərindən biridir! Dünyagöz Xəstəxanalar qrupu Torlu Qişa xəstəlikləri (Retina) üzrə şöbə müdiri Op. Dr. Mahmut Öztürk sarı ləkə ilə siqaret çəkmə vərdişi arasındakı əlaqədən danışır.
Gündəlik həyatda iş tempi, hava çirkliliyi və stress kimi bir çox faktor gözlərimizi təhdid edə bilər. Xüsusilə yaşa dolduqca müşahidə olunan sarı ləkə xəstəliyinə siqaret istifadəsi böyük təsir göstərir. Dünyagöz Ataköydən Op. Dr. Mahmut Öztürk bu xəstəliyi və səbəblərini belə izah edir: “Xalq arasında sarı ləkə kimi tanınan makula degenerasiyası torlu qişada rast gəlinən bir xəstəlikdir. Daha çox yaşlı xəstələrdə rast gəlinir və vaxtında diaqnoz qoyulmazsa və müdaxilə olunmazsa, ciddi görmə itkisinə səbəb ola bilər. Pəhriz, irsi faktorlar və yüksək təzyiq kimi faktorlarla yanaşı, siqaret də bu xəstəliyə səbəb olan ən böyük faktorlardan biridir.
Görmə itkisi, əşyaları qırıq və ya əyri görmə, gözlərin qaralması və rənginin dəyişməsi kimi simptomları olan makula degenerasiyasının qarşısını almaq üçün siqaretdən imtina edilməlidir!"
Op. Dr. Mahmut Öztürk yaşa bağlı olan dəyişikliklərin və irsi faktorların qarşısının alınmasının mümkün olmasını bildirsə də, vərdişlərin dəyişməsinin isə böyük fərq yarada biləcəyini vurğulayır: “Göz sağlamlığının qorunmasında sağlam qidalanma və siqareti tərgitməyin böyük əhəmiyyəti var. Qidalanma baxımından xolesterolu yüksək olan qidalardan uzaq durmaq, tərəvəz və meyvələrlə zəngin pəhrizdən istifadə etmək xəstəliyin qarşısının alınmasında ciddi fayda verəcək".
Sarı ləkə xəstəliyinin müalicəsində vitamin əlavəsinin əhəmiyyətinə diqqət çəkən Op. Dr. Mahmut Öztürk bildirir ki, profilaktik müalicədə antioksidant olan A, C, E vitaminləri ilə yanaşı, lutein və sink də istifadə olunur.
Dünyagöz Xəstəxanalar qrupu Torlu Qişa xəstəlikləri (Retina) üzrə şöbə müdiri Op. Dr. Mahmut Öztürk 17-22 yanvar tarixlərində Dünyagöz Bakı xəstəxanasında olacaq.
Ünvan: Bakı,Səbayıl rayonu, Mikayıl Hüseynov küçəsi 39
Telefon: 012 404 44 69
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 9 d. əvvəl
-
46 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı


















