"Borsa İstanbul" kütləvi təkliflərinin sayına görə 14 pillə yüksəlib
"Borsa İstanbul"un xalis mənfəəti 2021-ci ildə 44% artaraq 2,07 milyard türk lirəsi (TL) təşkil edib.
Marja xəbər verir ki, bunu "Borsa İstanbul"un Baş direktoru Korkmaz Ergun bildirib.
Korkmaz Ergun 2021-ci ildə 258,5 milyard TL-lik borc aləti emissiyası təmin edildiyini söyləyib.
"2021-ci ildə əldə etdiyimiz ən mühüm rekord kütləvi təkliflərin sayında olub. 52 şirkət tərəfindən ictimaiyyətə təqdim edilən səhmlərin sayında rekord qırılıb. 21,6 milyard TL məbləğində kütləvi təkliflər edilib. 2020-ci ildə 8 şirkət ilə 1,1 milyard TL məbləğində kütləvi təklif baş tutmuşdu. Əvvəlki rekord 1990-cı ildə 35 şirkətlə olub. Beləliklə, dünya birjaları arasında "Borsa İstanbul" kütləvi təkliflərinin sayına görə 14 pillə yüksələrək 13-cü yerdə qərarlaşıb. Bu il İstanbul, Ankara, Aydın, Balıkəsir, Dənizli, Ərzurum, İzmir, Kayseri, Kocaeli, Konya, Kütahya, Manisa və Rize kimi ölkəmizin müxtəlif şəhərlərində fəaliyyət göstərən bir çox sektordan şirkətlər bizə qoşulub", - Birjanın direktoru bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























