Fed-in 0,50 bəndlik faiz artıracağı gözləntiləri güclənir
"PineBridge Investments"dən Omar Slim, ABŞ Mərkəzi Bankının (FED) mart ayında faizləri 0,50 bənd artırması lazım ola biləcəyini söyləyib.
Marja xəbər verir ki, Slim, Fed-in inflyasiya ilə mübarizə üçün mart ayında faizləri 0,50 bənd artırmalı ola biləcəyini qeyd edib.
Slim, "Fed-in inflyasiyanın müvəqqəti olduğuna dair uzun müddətdir davam edən ritorikası onların etibarlılığını zəiflədib, mart ayında 0,50 bəndlik artım masadadır" deyib.
Son zamanlar investorlar FED-in artan inflyasiyaya cavab olaraq faiz dərəcələrini nə qədər sürətlə artıracağını müzakirə edirlər. Swap bazarında bu il 0,25 bəndlik 4 faiz artırımı qiymətlənib və ilk faiz artırımı mart ayında gözlənilir.
FED-in pul siyatəsinin sərtləşdirməsinin yaxınlaşması ilə bağlı fərziyyələr də ABŞ istiqrazlarının faizlərinin artmasına səbəb olur. 2 illik istiqrazın gəlirliyi bu gün də artaraq 1,06%-ə çatıb və 2020-ci ilin yanvar ayından bəri ilk dəfə 1%-i ötüb.
FED-in sədr müavini Lael Brainard keçən həftə FED-in qiymət təzyiqlərini məhdudlaşdırmaq üçün mart ayına qədər faizləri artıra biləcəyini söyləyib. Fed-in San-Fransisko şöbəsinin sədri Meri Deyli və Filadelfiya şöbəsinin sədri Patrick Harker də oxşar açıqlamalar verib.
Slim Bloomberg televiziyasına bildirib ki, Fed rəsmiləri bazarı daha sürətli faiz artımı yoluna hazırlamağa çalışırlar. Həmçinin Slim proqnozlaşdırıb ki, FED faiz dərəcələrini 0,50 bənd artırarsa, ABŞ-ın 10 illik faiz dərəcələri 2-2,25% aralığına yüksələcək.
Milyarder investor Bill Ackman da FED-in inflyasiya ilə mübarizəsini itirdiyini və etibarlılığını bərpa etmək üçün mart ayında faiz dərəcələrini gözlənildiyindən daha çox artırmalı olduğunu qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 8 d. əvvəl
- 32 d. əvvəl
-
41 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
45 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı













.jpg)




