Azərbaycan BOKT-larının xalis mənfəəti 2% artıb
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2021-ci ili 10,1 milyon manat xalis mənfəətlə başa vurub.
Azərbaycan Mərkəzi Bankınaın məlumatına görə, bu, 2020-ci ilə nisbətən 2% çoxdur.
Ötən il BOKT-ların gəlirləri 87,6 milyon manat (illik müqayisədə 12% çox), xərcləri 60,5 milyon manat (12,45% çox), xüsusi ehtiyatlara ayırmaları 12,6 milyon manat (16,7% çox), gözlənilməz xərcləri 0,4 milyon manat (1 il bundan əvvəl olmayıb) mənfəət vergisi ödəmələri isə 4 milyon manat (5,3% çox) təşkil edib.
Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 388,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,9 % çoxdur. Bunun 292,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə sektorun kredit portfeli 30,4% böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 28,25% artaraq 224,3 milyon manata, balans kapitalı isə 16,2% artaraq 164,3 milyon manata çatıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























