“Finex Kredit” korporativ istiqrazlar buraxıb - 14-17 FAİZ GƏLİR TƏKLİFİ
“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı özünün qiymətli kağızlar portfelini yeniləyib.
Şirkətdən Marja-ya verilən məlumatda bildirilir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən 2022-ci ilin yanvar ayında qeydiyyata alınan korporativ istiqrazların ümumi həcmi 933 min 500 manat təşkil etmişdir. Qeyd olunan emissiya yeni istiqrazlardan və restrukturizasiya edilmiş qiymətli kağızlardan ibarətdir.
Şirkətin buraxdığı qiymətli kağızların müddəti 3 il, hər bir qiymətli kağızın nominal dəyəri 500 manatdır. İstiqrazların gəlirlik göstəricisi illik 14-17 faiz təşkil edir.
Məlumatda qeyd edilib ki, Azərbaycan qiymətli kağızlar bazarı bank əmanətləri bazarına nisbətən daha gənc olmasına baxmayaraq, əhali tərəfindən aktiv şəkildə gəlir aləti kimi istifadə olunur. İstiqraz onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və faiz almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı Bakı Fond Birjasının listinq siayhısına daxil edilmiş ilk üç emitentdən biridir.
“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı 14 iyun 2013-cü ildən Dövlət qeydiyyatından keçmişdir. Azərbaycan maliyyə bazarında korporativ qiymətli kağızlar, orta və kiçik sahibkarlığın və fiziki şəxslərin kreditləşməsi üzrə aktiv fəaliyyət göstərir. “Finex Kredit” BOKT öz fəaliyyətini müasir beynəlxalq maliyyə standartlarına uyğun olaraq şəffaf tərəfdaşlıq prinsipləri əsasında qurmuşdur. Bölgələrdə 7 filialı fəaliyyət göstərir. Azərbaycan Mikromaliyyə Asosiasiyasının (AMFA) üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




