Dogecoin-in qiyməti Elon Maskın “tweet”indən sonra 10%-dən çox artıb
Dogecoin kriptovalyutasının məzənnəsi çərşənbə axşamı 10%-dən çox artaraq 0,148 min dollara yüksəlib.
Marja xəbər verir ki, buna Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Maskın bu kriptovalyuta ilə "McDonald's" fast food restoran şəbəkələrinin ödənişi qəbul etməyi təklifi səbəb olub.
Amerikalı sahibkar öz Twitter səhifəsində izləyicilərinə söz verib ki, əgər restoranlar şəbəkəsi ödəniş üçün Dogecoin qəbul etməyə başlayarsa, McDonald's-da Happy Meal yeyəcəklər və bu TV-də canlı yayımlanacaqdır.
Paylaşımdan əvvəl, Dogecoin-in dəyəri 0,136 min dollar idi.
Bakı vaxtı ilə saat 20:25-də Dogecoin-in dəyəri 6,83% artaraq 0,141 min dollar səviyyəsində olub.
Əvvəllər Maskın Twitter-dəki paylaşımları kriptovalyutaların dəyərinə dəfələrlə güclü təsir göstərib. Məsələn, keçən il mayın 12-də o yazmışdı ki, Tesla öz avtomobilləri üçün ödəniş kimi Bitkoin qəbulunu dayandıracaq. Həmin gün kriptovalyuta bazarının kapitallaşması 365 milyard dollar azalmışdı.
Musk Twitter-də dəfələrlə Dogecoin haqqında müsbət fikirlər səsləndirib. Aprelin əvvəlində o, “Aya Dogecoin göndərəcəyini” vəd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
- 26 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı



























