Azərbaycanda fəaliyyət göstərən xarici kapitallı bank 4 milyon manatdan çox mənfəət açıqladı
“Bank VTB (Azərbaycan)” ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, “Bank VTB (Azərbaycan)” 2021-ci ili 4 milyon 213 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 3 milyon 860 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Bank VTB (Azərbaycan)”ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 9,1% və ya 353 min manat artıb.
“Bank VTB (Azərbaycan)ın faiz gəlirləri 2020-ci illə müqayisədə 2021-ci ildə 7 milyon 295 min manat və ya 70% artaraq 17 milyon 691 min manat təşkil edib. O cümlədən, Bankın müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri 1,8 dəfə artaraq 14 milyon 31 min manata yüksəlib.
“Bank VTB (Azərbaycan)ın qeyri-faiz gəlirləri 2020-ci illə müqayisədə 2021-ci ildə 3 milyon 446 min manat və ya 91,3% artaraq 7 milyon 221 min manat təşkil edib.
“Bank VTB (Azərbaycan)ın faiz xərcləri 2020-ci illə müqayisədə 2021-ci ildə 1 milyon 602 min manat və ya 49,6% artaraq 4 milyon 835 min manat, qeyri-faiz xərcləri isə 4 milyon 700 min manat və ya 25% artaraq 23 milyon 531 min manat təşkil edib.
Ötən il Bankın cəmi əməliyyat gəlirləri 10 milyon 741 min manat, cəmi əməliyyat xərcləri isə 6 milyon 302 min manat artıb.
2021-ci ildə “Bank VTB (Azərbaycan)ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 24 milyon 912 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 28 milyon 366 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 3 milyon 454 min manat təşkil edib. Əməliyyat zərəri, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 8 milyon 504 min manatın hesabına bağlanıb. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Bank VTB (Azərbaycan)ın cəmi əməliyyat gəlirləri 14 milyon 170 min manat, əməliyyat xərcləri 22 milyon 64 min manat, əməliyyat zərəri 7 milyon 894 min manat təşkil etmişdi. Həmin il də əməliyyat zərəri mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 12 milyon 585 min manatın hesabına bağlanılmışdı.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Dekabr 2021-ci il tarixində “Bank VTB (Azərbaycan) 232 milyon 326 min manat cəmi aktivlərə, o cümlədən 165 milyon 86 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2020-ci ilin sonunda 187 milyon 341 min manat cəmi aktivlərə, o cümlədən 125 milyon 870 min manat kredit portfelinə malik idi.
31 Dekabr 2021-ci il tarixində “Bank VTB (Azərbaycan) 63 milyon 180 min manat məcmu kapitala malik olub.
Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC-nin nizamnamə kapitalının 99,9999 %-i Bank VTB-yə (Rusiya), 0,0001%-i fiziki şəxslərə məxsusdur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
-
49 d. əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
51 d. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 51 d. əvvəl
- 53 d. əvvəl
-
58 d. əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu BOKT-un əsas rəhbər heyətinin hər biri 11 min manata yaxın maaş alıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır







.jpg)



.jpg)







.jpg)






