Elon Mask Tesla səhmlərinin qiymətlərinin düşməsi səbəbindən 21 milyard dollardan çox itirdi
Amerikalı sahibkar Elon Musk cümə axşamı Tesla şirkətinin səhmlərinin qiymətinin düşməsi səbəbindən 21 milyard dollardan çox itirib. Marja xəbər verir ki, bunu real vaxt rejimində aparan milyarderlərin Forbes reytinqinin məlumatları göstərir.
Qeyd edilir ki, Maskın sərvəti 21,5 milyard dollar və ya 8,84% azalıb. Beləliklə, hazırda onun sərvəti 221,3 milyard dollardır. Buna baxmayaraq, Forbes milyarderlər reytinqindən də göründüyü kimi, amerikalı sahibkar hələ də planetin ən varlı adamları siyahısına başçılıq edir.
Forbes-in məlumatına görə, İkinci yerdə Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun baş direktoru Bernard Arnaultdur (188,6 milyard dollar). 3-cü yeri isə Amazon onlayn ticarət şirkətinin təsisçisi Ceff Bezos (165,8 milyard dollar) tutur.
Tesla səhmləri 10,75% ucuzlaşaraq 837 dollara düşüb. Şirkət bildirib ki, təchizat zənciri problemlərilə əlaqədar olaraq yeni modellərin buraxılışı gələn ilə qədər təxirə salınıb. Bu açıqlama səhmlərin ucuzlaşamsına səbəb olub.
Tesla 2003-cü ildə Musk tərəfindən təsis edilib. Onun qərargahı Kaliforniya ştatının Palo Alto şəhərində yerləşir. Əvvəlcə şirkət sırf elektriklə işləyən avtomobillərin istehsalında ixtisaslaşsa da, sonradan günəş panelləri və digər enerji yığma sistemləri yaratmağa başlayıb.
Bundan əlavə, Mask kosmik texnologiya istehsal edən və orbital buraxılışları həyata keçirən SpaceX (“Space-ex”) şirkətinin yaradıcısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
- 26 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı



























