Bank Respublika və EFSE regionlarda sahibkarlığın dəstəklənməsi üçün kredit sazişi imzalayıb
Bank Respublika və EFSE regionlarda sahibkarlığın dəstəklənməsi üçün kredit sazişi imzalayıbAzərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) arasında kredit sazişi imzalanıb. Sazişə əsasən Banka 15 milyon ABŞ dolları məbləğində kredit ayrılacaq və vəsaitlər milli valyutada təqdim ediləcək.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, cəlb edilən vəsait mikro və kiçik biznesin maliyyələşdirilməsinə, xüsusən də regionlardakı sahibkarların dəstəklənməsinə yönəldiləcək.
“Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır.
“Biz Bank Respublika ilə tərəfdaşlığımızdan çox məmnunuq, çünki bu əməkdaşlıq sayəsində, Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin maliyyələşdirilməsinin inkişafı üçün yeni imkanlar yaranıb. Yeni kredit xətti təkcə fondun əsas müştəri qrupları üçün uzunmüddətli maliyyələşməni təmin etməyəcək, həm də onun yerli valyutada verilməsi sahibkarların valyuta dəyişkənliyindən qorunmasını təmin edəcək ki, bu da dayanıqlı iqtisadi artım üçün vacibdir” - deyə EFSE İdarə Heyətinin sədri Klaus Müller bildirib.
“Bu sazişin imzalanması - beynəlxalq maliyyə institutlarının Bankın peşəkarlığına, xidmət keyfiyyətinə, operativliyinə, eləcə də uzunmüddətli sabitliyinə inamının növbəti göstəricisidir. EFSE kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq bizə real sektorun, xüsusən də ölkənin regionlarında fəaliyyət göstərən iş adamlarının maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradacaq”- deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























