Unicapital ən innovativ investisiya şirkəti seçilib
(®) “Unicapital” İnvestisiya Şirkəti uğurlu fəaliyyətinə görə nüfuzlu mükafatlar alıb.
Böyük Britaniyanın premium biznes və maliyyə dərgisi olan “International Finance”ın araşdırmasına əsasən, İnvestisiya Şirkəti 2021-ci ildəki nailiyyətlərinə görə, iki nominasiya üzrə qalib seçilib.
Maliyyə, kapital bazarları sahəsində rəqəmsal həllərin və onlayn xidmətlərin inkişafına töhfə verən təşkilatları mükafatlandıran “International Finance Awards” “Unicapital”ı “Azərbaycanda Ən İnnovativ İnvestisiya Şirkəti – 2021” və “Azərbaycanın Ən Yaxşı Foreks Provayderi – 2021” mükafatlarına layiq görüb.
Mükafat aşağıdakı göstəricilər əsasında təqdim edilib:
- Şirkətin bazardakı payı;
- Müştərilərinə yeni maliyyə bazarlarına çıxışın təmin edilməsi;
- İnvestisiya bazarında təqdim olunan innovativ məhsul və həllər;
- Şirkətin maliyyə göstəriciləri və inkişaf perspektivi;
- Foreks xidmətinin təşkil edilməsi və xidmət üzrə müştəri məmnuniyyəti.
“Azərbaycanın Ən Yaxşı Foreks Provayderi – 2021” mükafatı “Unicapital”ın “UForex” xidmətinin üstünlüklərinə görə verilib. “UForex” ötən il ərzində 24/5 (qeyri-iş saatlarında) sürətli və komissiyasız mədaxil, 1:100 nisbətinədək kredit çiyni imkanı və “Smart Stop out” funksiyasını tətbiq edib. Xidmət rebrendinq prosesini tamamlayaraq, bütün yeniliklərin əks olunduğu “www.uforex.az” saytını təqdim edib.
Unicapital 2007-ci ildən etibarən yerli və beynəlxalq bazarlarda qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin, törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkətin geniş müştəri bazasına həm fiziki, həm hüquqi şəxslər daxildir. Bazardakı uğurlu təcrübəsinə əsasən, Unicapital Azərbaycan bazarında iştirak etmək istəyən xarici investorlar, həmçinin, beynəlxalq bazarlarda investisiya etmək istəyən fiziki və hüquqi şəxslər üçün etibarlı tərəfdaşdır.
İnvestisiya şirkəti yaxın vaxtlarda dünyanın bir çox maliyyə bazarlarına çıxışı təmin edən multialət platformasını təqdim edəcək. Bununla da “Unicapital”ın davam etdirdiyi strategiya müştərilərinə daha geniş investisiya xidmətləri təqdim etmək, innovativ yanaşma ilə investisiya sahəsini hər kəs üçün daha da əlçatan etmək imkanlarını artıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





